Dərc edildi: Baxış sayı: 485
Çinin ÜDM artımı 2023-cü ildə 5 %-ə çatacaq
Çinin ümumi daxili məhsulunun (ÜDM) artım tempi 2023-cü ildə 5 % təşkil edəcək.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu, Çinin bazar günü açıqlanan sosial-iqtisadi inkişaf planında öz əksini tapıb.
“Çinin ÜDM artımı 5 % olacaq”, - Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyasının açılışında açıqlanan sənəddə qeyd olunub.
Qeyd edək ki, 2022-ci ilin sonunda Çinin ÜDM-i 2021-ci illə müqayisədə çoxsaylı lokal koronavirus alovlanması və qeyri-sabit beynəlxalq vəziyyət fonunda 3 % artıb ki, bu da rəsmi proqnozdan təxminən 5,5 % aşağı olub. ÜDM-in həcmi 121,020 trilyon yuan (17,95 trilyon dollar) təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət