Slimfit
  1. TARİX

Çindəki tut ağacı necə kağız pula çevrilib?

Çindəki tut ağacı necə kağız pula çevrilib?
Sakura

Təxminən 750 il əvvəl Marco Polo adlı Venesiyadan olan cavan tacir, Çin səyahətlərini təsvir edən bir…

Marco-nun Dünyanın Hekayəsi-Möcüzələr Kitabı, gördüyünü iddia etdiyi qəribə adətlərlə dolu idi.

Marco Polo

 

Lakin, onların içində bir adət var idi ki, Marco Polo yazırdı: "Necə olduğunu izah etsəm, doğru və məntiqli danışdığıma şübhə ilə yanaşa bilərsiniz."

Marco-nu bu qədər həyəcanlandıran bəs nə idi? Müasir iqtisadiyyatın təməlini təşkil edən icadlardan birinə şahid olan ilk avropalılardan biridir Polo. İcad isə kağız pul idi.

Kubilay xan təsdiq edirdi

Təbii ki, məsələ kağızda deyildi. Müasir kağız pul kağızdan hazırlanmır, pambıq lifləri və ya plastikdən düzəldilir.

Marco Polo-ya da təsir edən kağız pul deyildi.

Pul, qara tut ağacının qabığından əldə olunan qara bir kağızdan hazırlanırdı.

Bir neçə rəsmi tərəfindən imzalanır, parlaq bir qırmızı damğa ilə möhürlənir və Moğol imperatoru və Çində Yuan xanədanlığının qurucusu Kubilay xan tərəfindən təsdiq edilirdi.

Kubilay Xan

 

Marco Polo-nun kitabındakı bu hissənin qeyri-adi bir başlığı var idi: "Böyük Xan ağac qabıqlarını kağıza çevirərək pulun öz ölkəsində dövriyyəyə girməsini necə təmin edə bilib?"

Nominal valyuta"

Bu kağız pulların dəyəri qızıl və gümüş kimi hazırlandığı maddədən qaynaqlanmırdı.

Onu dəyərə mindirən hökumət tərəfindən təsdiqlənməsi idi.

Kağız pul bəzən latınca fiat pul, yəni "nominal valyuta" kimi qiymətləndirilirdi.

Fiat sözünün latın dilində mənası "belə et, belə olsun" deməkdir. Kubilay xan qara tut ağacı qabığının pul olduğunu elan etmişdi və bu qəbul olunmuşdu.

Dəmir mədəni pulları

Qızıl və ya gümüş kimi dövriyyədəki kağız valyutadan təşkil olan sistem, Marco Polo-nu heyrətləndirmişdi. Bəs dövriyyədə olmayan o qədər qızıl harada idi? İmperator o qızılları cidd-cəhdlə qoruyurdu.

Marco Polo qara tut ağacından hazırlanan pul haqqında yeni eşitsə də, bu valyuta Çinin Siçuan bölgəsində 1000-ci ildən bəri istifadə olunurdu.

Siçuan xarici və bir çox düşmən ölkələrlə sərhəddə yerləşdiyinə görə, Çin hökmdarları dəyərli gümüş və qızılın yad əllərə keçməsini istəmirdilər.

Bu səbəbdən də maraqlı bir qayda tətbiq edərək dəmirdən hazırlanan metal pullardan istifadə olunurdu.

Song xanədanı (960-1279) dövründə istifadə olunan və 2005-ci ildə aşkar edilmiş metal pullar

 

Ancaq dəmir pullar praktik deyildi. 50 qram ağırlığındakı gümüş sikkələr, çox olduqda bədən ağırlığı qədər alınırdı.

Mübadilə sənədləri dövriyyəyə girib

William Goetzmann-ın Pul Hər Şeyi Dəyişdirir adlı kitabında, Siçuan tacirlərinin bu problemin öhdəsindən gəlmək üçün alternativ yaratdıqlarını yazır.

Alternativ olaraq "jiaozi" deyilən "mübadilə sənədləri" istifadə olunmağa başlanıb.

Kisələrlə dolu dəmir pul daşımaq əvəzinə tanınmış bir tacir jiaozi deyilən kağız sənəd, yəni çek yazırdı. Beləcə çeklər sərbəst halda dövriyyəyə girməyə başlayıb.

Müəyyən bir dükan sahibinin yazdığı çeklər başqaları tərəfindən də istifadə oluna bilir və əldən ələ gəzirdi.

1260-cı illərdə çap olunan ilk əskinas

 

Ancaq bir müddət sonra, bundan çinli rəsmilər də faydalanmaq istəyirlər.

Onlar ilk olaraq jiaozilərin çapını hüquqi bir şəklə saldılar və sonra özəl sektora jiaozi çapını qadağan edərək işi öz əllərinə aldılar.

Rəsmi jiaozilər çox uğurlu oldu və bölgələr arası, hətta beynəlxalq səviyyədə dövriyyəyə girdi.

Əvvəllər jiaoziləri dövriyyədəki metal pullarla mübadilə etmək olurdu.

Lakin daha sonra hökumət nominal valyuta sisteminə keçdi. Prinsip eyni idi, fəqət jiaozi metal sikkələrlə dəyişdirilmirdi.

Kağız pullar həqiqi bir dəyər daşımağa başlamışdı.

Keçmiş jiaozini gətirib, dövlətin xəzinəsindən yeni jiaozi almaq olurdu.

Bu, mütərəqqi bir addım idi. Bu gün istifadə etdiyimiz pul, mərkəzi banklar tərəfindən çap olunur və köhnələrini yeniləri ilə dəyişdirmək adəti davam edir.

1699-cu ildə çap olunmuş ilk ingilis əskinasları

 

İnflyasiya problemi

Hökumətlər üçün nominal valyuta mükəmməl bir çıxış yolu idi: borcu olan bir hökumət özü pul çap edə bilər.

Song xanədanlığı həddən artıq çox jiaozi çap edirdi. Saxtakarlıq ayrıca bir problemə çevrilmişdi.

11-ci əsrdə icad edildikdən sonra, jiaozinin dəyəri və hörməti aşağı düşmüşdü. Dəyərinin 10%-i qədərində alınıb satılırdı.

Daha pis təsirə məruz qalan ölkələr də olub.

Weimar Almaniyası və Zimbabve kimi ölkələr, artıq pul çapı ucbatından iqtisadiyyatları yox olan ölkələrə ən bariz misaldır.

Zimbabve ən böyük inflyasiya yaşayan ölkələrdəndir

Macarıstanın rekordu

Hiperinflyasiya üzrə dünya rekordunu 1946-cı ildə qiymətlərin gündə üçqat artdığı Macarıstan vurub.

Budapeştdə girdiyiniz kafedə qəhvənin hesabını bəri başdan ödəmək daha münasib idi.

Qızıldan pul vahidi kimi uzun müddət istifadə olunub

 

Lakin aparıcı iqtisadiyyatçılar pul təchizatının qızılla ölçülməsinin yaxşı fikir olmadığına inanırlar.

Onlar, aşağı və təxmin edilə bilən inflyasiyanı bir problem kimi görmür və hətta, iqtisadi fəaliyyətin dəstəkləyicilərindən biri olduğunu düşünürlər.

Mərkəzi bankların həmişə doğru miqdarda pul çap edəcəyindən əmin olmasaq da, bu, mədənçilərin dəqiq miqdarda qızılı çıxarmaq ehtimalından daha yaxşı seçimdir.

Pul çapını artırmaq böhran zamanı xüsusilə işə yarayır.

2007-ci il iqtisadi böhranından sonra, ABŞ Mərkəzi Bankı inflyasiya yaratmadan iqtisadiyyat üçün trilyonlarla dollar pul çap etmişdi. Pul çapı məcazi məna daşıyırdı: trilyonlar dünya bank sistemində bir düyməni basmaqla yaradılmışdı.

Yəqin ki, bunu görsəydi Marco Polo-nun gözləri hədəqəsindən çıxardı: "Böyük mərkəzi bank, kompüter ekranında rəqəmlərin görünməsini təmin edərək pul kimi nəql olunacaq cədvəllər yaradır."

Texnologiya dəyişsə də, pulun gücü hələ də inanılmazdır.

 

Mənbə: BBC Azərbaycan

[haber=858]

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR