Slimfit
  1. DÜNYA

Çində sabiq bank prezidenti edam olunacaq

Çində sabiq bank prezidenti edam olunacaq
Sakura

Çində sabiq bank prezidenti edam olunacaq

Çinin Cinan şəhər xalq məhkəməsi ölkənin ən iri banklarından olan CİTİC-in sabiq prezidenti Sun Deşun haqqında ölüm hökmü çıxarıb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  sabiq prezidentə bu cəza təxminən 1 milyard yuan (136,5 milyon ABŞ dolları) dəyərində korrupsiya əməllərinə görə verilib.

Məhkəmə Sun Deşunun 2 illik möhlətlə edam olunması ilə yanaşı, onun bütün siyasi hüquqlardan məhrum edilməsinə və əmlakının müsadirə olunmasına da qərar verib. İkiillik möhlət dövrünün sonunda onun haqqındakı edam cəzası bir daha yüngülləşdirilməmək şərti ilə ömürlük azadlıqdan məhrumetmə ilə əvəz oluna bilər.

Qeyd edək ki, Sun Deşun 2003-2019-cu illərdə bank sektorunda müxtəlif vəzifələrdə çalışıb, habelə Çin Kommunikasiya Bankının Pekin filialının sədri, CİTİC bankın vitse-prezidenti və prezidenti olub. Məhkəmənin gedişində onun rəhbər vəzifələrdə çalışarkən fiziki və hüquqi şəxslərə iri miqdarda kredit ayrılması müqabilində külli miqdarda rüşvət almasına dair ittihamlar sübuta yetirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR