Slimfit
  1. TEXNOLOGİYA

Çində ilk dəfə robot həkim olmaq üçün imtahan verdi

Çində ilk dəfə robot həkim olmaq üçün imtahan verdi
Sakura

Çində ilk dəfə robot həkim olmaq üçün imtahan verdi

Proqramçılar söz verdilər ki, 2018-ci ilin mart ayında süni intellekt artıq işə başlayacaq

Çin robotu “Syao İ” tibb üzrə dövlət imtahanını uğurla verdi və tezliklə həkim təcrübəsi keçmək üçün lisenziya alacaq. Mərkəzi Çin Televiziyasının verdiyi məlumata əsasən, o bunu bacaran ilk robotdur.

Qeyd olunur ki, “Syao İ” on imtahan nəzarətçisinin nəzarəti altında testdən keçib. Qaydalara görə bunun üçün 10 saat verilsə də, o imtahanı 60 dəqiqə ərzində verib. 553 ballıq insan rekordunu qırmağa robot nail olmasa da, süni intellekt mümkün 600 baldan 456-nı yığıb.

Test zamanı “Syao İ” tibbə aid 60-dan çox kitab və mənbədən istifadə edib ki, onları proqramçılar onun daxili yaddaşına köçürüblər. Robot imtahana yarım il “hazırlaşıb”.

- Biz onu rəsmi olaraq 2018-ci ilin mart ayında buraxacağıq. Bizim robotumuz həkimləri əvəz etmək üçün deyil, onlara kömək etmək üçün yaradılıb, - onu hazırlayanlar bəyan edib.

Tərcümə: Famil Ələkbərov

Mənbə: Life.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR