Dərc edildi: Baxış sayı: 240
Ceyhun Bayramov israilli həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdə onu bölgədə postmünaqişə dövründə rəsmi Bakının sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqamətində təşəbbüsləri barədə məlumatlandırıb.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
O, bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini söyləyib.
Nazir həmçinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib, İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət