Ceyhun Bayramov: "Azərbaycanla Rusiya arasında münasibətlər strateji xarakter daşıyır"
Azərbaycanla Rusiya arasında münasibətlər strateji xarakter daşıyır. Bizi ortaq tarix birləşdirir, onun vacib bir hissəsi faşizm üzərində qələbədir.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“İnanırıq ki, müntəzəm qarşılıqlı səfərlər dialoqun davam edilməsinə mühüm töhfə verir. İkitərəfli münasibətlərin inkişafı güclü müqavilə bazasına əsaslanır. Münasibətlərimizi tənzimləyən təxminən 230 sənəd var. Bir çox başqa sənədlər inkişaf mərhələsindədir”, – xarici işlər naziri deyib.
C.Bayramov ölkələr arasında əməkdaşlığın gücləndirilməsində hökumətlərarası komissiyanın işinin vacibliyini qeyd edib: “Koronavirus pandemiyası səbəbindən ticarət dövriyyəsində yaranmış geriləməni aradan qaldırmaq üçün son görüş zamanı Moskvada əldə olunmuş razılaşmaların həyata keçirilməsi vacibdir. Pandemiya hər kəsə meydan oxumaqla yanaşı, əlaqələrimizin gücünü sınayan yaxşı bir dərs oldu. Bizim bu sınağı mükəmməl keçdiyimizə inanırıq. Rusiya tərəfinə mütəxəssis və Rusiya peyvəndini göndərdiyinə görə təşəkkür edirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət