Slimfit
  1. CƏMİYYƏT

Cərimələr kəskin artırıla bilər - Bunları etmədən öncə bir daha düşünün!

Cərimələr kəskin artırıla bilər - Bunları etmədən öncə bir daha düşünün!
Sakura

Cərimələr kəskin artırıla bilər - Bunları etmədən öncə bir daha düşünün!

Bir müddət öncə qonşu ölkə Türkiyədə ətraf mühitin qorunması istiqamətində verilən cərimələr artırıldı. Belə ki, ətrafı zibilləməyə görə cərimələr 100 lirəyə (təxminən 29 manat), səs-küyə görə isə 1461 lirəyə ( təxminən 420 manat) qaldırılıb. 

Bəs direl səsinin və havada uçuşan sellofanların əskik olmadığı Bakıda cərimələr artacaqmı? 

Bu barədə “Yeni Sabah”a danışan hüquqşünas Şəmsəddin Əliyev bildirib ki, son zamanlar Bakıda bu istiqamətdə xoşagəlməz halların sayı artıb: 

“Bizim konstitusiyamızda sağlam ətraf mühitdə yaşamaq hüququmuz olduğu öz əksini tapıb. Digər tərəfdən konstitutsion vəzifələrin sırasında ətraf mühiti qorumaq vəzifəsi də var. Heç bir Azərbaycan vətəndaşı ətraf mühitin qorunması məsələsində seyirci mövqe tuta bilməz. 

Çox təəssüflər olsun ki, son zamanlar Bakı şəhərində və ətrafda zibillər necə gəldi atılır, yer qazılır və ya binaların tikilməsində ətraf pərdələnmir. 

10 metrəlik bir parkı təmir etmək üçün təbii daşlardan döşəmələr başlayır. Hamının içində o daşları kəsərək, toza məruz qoyurlar. 

Hazırda Bakı şəhərinin ən təmiz yeri Fəvvarələr meydanıdır. Yeni yaradılan Bakı Nəqliyyat Agentliyi yol təmir olunub, parklar salınandan sonra həmin ərazidə piyada üçün eniş yolu düzəldir. Olmazmı ki, bu park salınan vaxtı bu təmir işini aparasınız?".

Onun sözlərinə görə, cərimələrin kəskin artırılmasına ehtiyac var:

"Təbii ki, bununla bağlı cərimələr var. Bu cərimələri həyata keçirən orqanlar var. Sovetlər dövründə hər şeyə polis cavabdeh idi. İndi isə hər sahə ilə bağlı nazirlik mövcuddur.

Bu qayda-qanunları pozanlar, şəxsiyyətin asılı olmayaraq cərimələnməli və cərimə hədsiz kəskin olmalıdır. Bəzən cərimələrin əmək haqqına mütənasib olmadığından şikayət edirlər. Onda belə əmələ baş vurmasınlar, ətrafı çirkləndirməsinlər". 

Qeyd edək ki, hazırda Azərbaycanda qüvvədə olan qanuna görə məişət tullantılarını zibil qutularından (urnalardan) kənara atanlar 50 manat cərimə edilirlər.

Zibilin yandırılması isə atmosferə zərərli maddələrin atılması hesab olunduğu üçün fiziki şəxslər 7-700 manat məbləğində cərimə edilə bilər.

İnzibati Xətalar Məcəlləsində səs-küy çirklənməsi ilə bağlı normaların pozulmasına görə, fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

Sabrina Eldarqızı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR