Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Cəngavər ruhlu şəhid komandir

Cəngavər ruhlu şəhid komandir
Sakura

Cəngavər ruhlu şəhid komandir

Döyüş şücaəti dillərdə dastan olan, adı həmişə məhəbbətlə xatırlanan Mehman Qafarov 1970-ci ilin soyuq yanvar günündə Lerik rayonundakı Siyov kəndində anadan olub. Dağ kəndinin saf mühitində böyümüş, halal insanlardan tərbiyə almış Mehman gənc yaşlarından dürüstlüyü, cəsurluğu, ədaləti ilə seçilirdi. O, heç zaman haqqı-nahaqqa verməz, daim əzilənin, gücsüzün tərəfini tutardı. Yetkinlik yaşına çatanda artıq arzusu hərbçi olmaq, vətəni qorumaq idi. Mehman artıq orta məktəbin son siniflərində nəcib, bacarıqlı bir gənc olaraq tanınırdı. 

Vətəni müqəddəs qibləgahı bilən Mehman hərbçi omaq arzusu ilə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur. 1988-ci ildə oranı bitirdikdən sonra Kazan Ali Tank Qoşunları Komandirləri məktəbinə qəbul olunur. Xarakterində mərdlik, cəngavərlik ruhu yaşayan, millət sevdalı Mehman burada oxuduğu zaman böyük nüfuz qazanır, özünə sadiq ürək dostları tapır. 

Gənc zabit mükəmməl təhsil alır, peşəsinin sirlərini dərindən öyrənir. Sonra o, Minsk hərbi dairəsində xidmət edir. Nəcib həyat amalı, xeyirxah məqsədləri, geniş dünyagörüşü Mehmanı sınaqlardan üzüağ çıxardır. Yüksək peşəkarlıq səviyyəsi əsgərləri, zabitləri heyran qoyur. 

O zaman ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, Qarabağda separatçı hərəkətləri yenicə başlamışdı. Erməni quldurların qədim Azərbaycan torpaqlarına iddiaları Mehmanı narahat edir, onun qüruruna toxunurdu. Mehman vətənin ağır günündə gizlənməyi özünə ar bilir. Uzaqlarda belə yurd qeyrəti, millət dərdi çəkən  Mehman 1991-ci ildə torpağına, daşına ürəkdən bağlandığı Azərbaycanına qayıdır və  704 saylı hərbi hissənin tərkibində 743 saylı tank alayında qara niyyətli düşmənə qarşı mübarizəyə atılır. Döyüş yolu Füzuli, Beyləqan və Ağcabədi cəbhəsindən keçir. Mehman həmişə öndə gedir, son ana qədər mərdliklə vuruşur, əsgərlərini, döyüş yoldaşlarını qorumağa çalışır. Rəhbəri olduğu tankçılar hər ər savaşında düşmənə layiq zərbə vurur, onların həm canlı qüvvəsinə, həm də texnikasına böyük tələfat verir.

Cəsur döyüşçü Mehman vətənə öz nümunəvi xidmətini edir, düşmənə qan uddurur. Həm də tabeliyində olan əsgərlərdən mənəvi-maddi dəstəyi əsirgəmir. Hamıya səmimi, təmənnasız münasibət göstərir. Səsi ən qaynar nöqtələrdən gəlir. Hünəri, fəhmi ilə hamını heyran qoyur. 1993-cü il iyunun 22-də alay komandiri təyin edilir. 

1993-cü il avqustun 22-də Ağcabədi rayonunun Avşar kəndi erməni silahlı qüvvələrinin amansız təcavüzünə məruz qalır. Yenə ön cəbhədə döyüşür. Tabeliyində olan heyətlə qəflətən erməni quldurlarının üzərinə hücuma keçirlər. Gənc zabitin şəxsi şücaəti sayəsində düşmən xeyli itki verir. Göstərdiyi mərdliklə və mətanətlə həm də  əsgərlərinə əsl sədaqət nümunəsi göstərir. Bu döyüş meydanında şəhidlik zirvəsinə ucalmaqla qəhrəmanlığı vətəninin hünər tarixində örnəyə dönür.

Xalqımızın igid, cəsur oğlu qısa, lakin qərinələrə bərabər ömür yaşadı. Lerik camaatı igid oğlunu unutmur, onun xatirəsini yaşadır, onu bütövlük, kişilik rəmzi kimi xatırlayır, adını qürurla çəkir. Məkanın cənnət olsun, şəhidim.

 

Mənbə: Cebhe.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR