Slimfit
  1. AZƏRBAYCAN

Cəfər Cabbarlının ev muzeyinin söküntüsü dayandırıldı

Cəfər Cabbarlının ev muzeyinin söküntüsü dayandırıldı
Sakura

Cəfər Cabbarlının ev muzeyinin söküntüsü dayandırıldı

Azərbaycan dramaturgiyasının banilərindən biri, görkəmli ədib, yazıçı və dramaturq Cəfər Cabbarlının Bakıdakı ev muzeyinin sökülməsi müvəqqəti olaraq dayandırılıb. 

Bununla bağlı Oxu.Az-a Bakı şəhər Mədəniyyət Baş İdarəsindən məlumat verilib. 

Bildirilib ki, Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi söküntünün dayandırılması ilə bağlı qərar qəbul edib. 

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Cəfər Cabbarlının Bakıdakı ev muzeyinin sökülməsi ilə bağlı məlumat yayılıb. 

Bakı Şəhər Mədəniyyət Baş İdarənin rəisi Cəlil Məlikov Oxu.Az-a açıqlamasında deyib ki, inşaat işləri nəticəsində ərazidə sürüşmə baş verib və muzey binasında dərin çatlar və çökmə ilə nəticələnən fəsadlar əmələ gəlib.

“Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 44/48 ünvanında yerləşən ev muzeyi 1976-cı ildə yaradılıb. Son illər ərzində şəhərin dağlıq hissəsində aparılan intensiv inşaat işləri nəticəsində ərazidə sürüşmə baş verib və muzey binasında dərin çatlar və çökmə ilə nəticələnən fəsadlar əmələ gəlib.

Divardakı çatlar və bünövrənin zədələnməsi muzey binasında əsaslı təmir işlərinin aparılmasına imkan vermir və muzeyin fəaliyyətinin bərpa edilməsi yalnız mövcud tikililərin sökülərək yenidən inşa edilməsi yolu ilə mümkündür”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR