Slimfit
  1. ARAŞDIRMA

Bütün dünyanın axtardığı qarabağlı general kim idi?

Bütün dünyanın axtardığı qarabağlı general kim idi?
Sakura

Bütün dünyanın axtardığı qarabağlı general kim idi?

1943-cü il. İkinci Dünya müharibəsinin ən çətin döyüşlərinin getdiyi bir ərəfədə, ingilis, amerkan və rus kəşfiyyatı onu axtarmaqla məşğul idi. Hətta o dövrdə xüsusi xidmət orqanları bu generalı öldürməklə müharibəni udmaq niyyətində idilər. Səbəb aydın idi. Mütəffiq qoşununların hərəkət xəritəsinin və planların general Hüsnü Əmir Ərkilətdə olduğu haqqında xüsusi xidmət orqanları məlumat vermişdilər. 

Artıq xüsusi xidmət orqanları general Hüsnü Əmir Ərkilətin axtarışına başlamışdılar. Müharibənin ən qızğın vaxtında hamının axtardığı general Hüsnü Əmir Ərkilət kim idi?

Hüsnü Əmir Ərkilət 1883-ci ildə Kayserinin Ərkilət nahiyəsindən doğulmuşdu. Atası Osmanlı ordusunun zabiti olan Xəlil bəy idi. Xəlil bəy peşəkar zabit və yüksək təhsilə malik bir insan idi. Xəlil bəyin həyat yoldaşı Şəfiqə xanım əslən azərbaycanlı idi. Şəfiqə xanım Şuşada doğulmuş, 1880-ci ildə ailəsi ilə birlikdə Kayseriyə köçmüşdü. Elə bu şəhərdə kökəncə azərbaycanlı olan Xəlil bəylə ailə qurmuşdu.

Bu ailənin ilk övladı olan Hüsnü bəy istedadlı bir insan idi. O həyatını atasının təkidilə hərb sənətinə bağlayır. Dayısı Rəfi bəyi onu hərbi məktəbə qoyur. 10 illik hərbi sahədə təhsil alan Hüsnü bəy kapitan kimi xidmətə başlayır. 1910-1912-ci illərdə təhsilini Almaniyada davam etdirən Hüsnü bəy Türkiyəyə mayor rütbəsində qayıdır.

26 dekabr 1913-cü ildə Hüsnü Əmir Ərkilət 5-ci Ordu Korpusunun komandanı təyin edilir.

Onun komandanlığı altında bu korpus bir çox ağır döyüşlərin iştirakçısı olur.

2 avqust 1919-cu ildə 36 yaşlı Hüsnü Əmir Ərkilət general rütbəsi ilə təltif edilir və Baş Qərargahın rəisi təyin edilir.

İstiqlal Savaşında iştiraka görə təhsil üçün göndərildiyi Almaniyadan geri dönən Hüsnü bəy Sakarya döyüşünə qatılır. 

1932-ci ildə 49 yaşında ordudan tərxis edilir. Lakin 1939-cu ildə o gizli olaraq Almaniyaya dəvət edilir. Almaniya səfiri Franz von Papenlə Almaniyaya gedən Hüsnü bəy burada alman ordusun yüksək rütbəli zabitləri ilə görüşür.

Hüsnü Əmir Ərkilət 1941-ci ildən başlayaraq alman ordusunun beyin mərkəzi olan baş qərargahda çalışmağa başlayır . Alman ordusunun Şərq Cəphəsi üzrə komandanı Marşal Fedor von Bocklun təqdimatı ilə Hüsnü bəy Adolf Hitlerlə görüşür. Bu görüşdən sonra general Hüsnü Əmir Ərkilət əməliyyatların icra qərargahında çalışmağa başlayır.O Alman ordusun ürəyini idarə edən bir general idi. Onun verdiyi məsləhətlər dərhal icra edilirdi. O cəbhədə baş hadisələr barədə informasiyanı şəxsən Adolf Hitlerə verirdi. Onun alman ordusundakı fəaliyyəti haqqında məlumat 1943-cü ildə Faris Erkmanın "Ən böyük təhlükə" kitabında yer alırdı. Müəllif generalı alman ordusunun agenti adlandırırdı.

Amma etiraf edək ki, məhz Hüsnü Əmir Ərkilətin təkidi nəticəsində yüz minə yaxın müsəlman hərbi əsir ölümün caynağından xilas edildi. Türk-tatar əsirlərindən milli legionlar yaratmaq fikri məhz Hüsnü bəyə məxsus idi. 1941-ci ilin oktyabrında bu planın müsbət həyata keçirilməsində cəhdlər göstərildi. Hüsnü bəylə bərabər Nuru Paşanın da milli legionların yaradılmasında böyük əməyi var idi.

Hüsnü Ərkilət müharibə qurtarandan sonra “Hitlerin qərargahında 45 gün” adlı xatirələrini çap etdirdi. General xatirələrində bəzən müsəlmanları xilas etmək üçün bütün vasitələrdən istifadə etdiyini yazırdı. “Hitlerin qərargahında 45 gün” adlı xatirələrində Hüsnü bəy yazırdı:”Olduqca ağır idi. Hərbi əsirlər sorğu-sualsız güllələnirdi. Məhz baş qərargahda apardığımız danışıqlardan sonra milli legionların yaradılması razılığını aldıq. Bilirdim ki, mənim sözüm keçərlidir. Məhz bu amildən istifadə edərək, milli legionların yaradılmasına nail olduq.”

Ömrünün son illərini yalnız xatirələr yazmaqla keçirən Hüsnü bəy bu yazıları “ Yeni Bozkurt” jurnalında çap etdirirdi. Peşəkar hərbçi general

Hüsnü Əmir Ərkilət 1958-ci ildə Ankarada dünyasını dəyişdi. Hüsnü bəy Ankara Asri qəbiristanlığında dəfn edilib.

Qoşqar Salmanlı

 

Mənbə: Karabakhmedia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR