Slimfit
  1. CƏMİYYƏT

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi
Sakura

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Ens.az "Report"-a istinadən xəbər verir ki, qərara uyğun olaraq Dövlət İmtahan Mərkəzinin 6 və 7 iyunda keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyunda keçiriləcək. 

Yəni iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər iyunun 10‑da, iyunun 7-də imtahanda iştirak etməli olan şəxslər isə iyunun 11-də imtahan verəcəklər.

İmtahan keçiriləcək şəhər və rayonların ardıcıllığı, imtahanın başlanma saatı və imtahan iştirakçısının buraxılış vərəqəsində göstərilən binaya gələcəyi vaxt olduğu kimi qalır.

“İmtahana buraxılış vərəqəsi” çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR