Slimfit
  1. TEXNOLOGİYA

Bu virus dünyada ən təhlükəli kibersilaha çevrilib

Bu virus dünyada ən təhlükəli kibersilaha çevrilib
Sakura

Bu virus dünyada ən təhlükəli kibersilaha çevrilib

2017-ci ildə dünyada kompüterlərə hücum etmiş "WannaCry" virusu 2019-cu ildə kibercinayətkarların ən təhlükəli alətinə çevrilib. Bu haqda "PreciseSecurity" məlumat verib.

 "ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, ötən il "WannaCry" dünyada pul tələb edən viruslar arasında birinci yeri tutub. İnternetdə belə halların təxminən 23,5%-i məhz "WannaCry" ilə əlaqəlidir. Zərərli proqram təminatı qurban istifadəçinin qurğusundakı faylları şifrləyir və deşifrə üçün ödəniş tələb edir.

 Qurban istifadəçilərin virusa yoluxmasının əsas mənbəyi (67%-dən çox) spam göndərmələri və fişinq məktubları olub. Həmçinin zəif şifrlər və kibertəhlükəsizlik sahəsində biliklərin azlığı risk faktorları sırasındadır. Reklam və təhlükəli saytlar vasitəsilə virusa yoluxma halları çox az qeydə alınıb.

 

Emil Hüseynov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR