Bu şəhərlərdə Azərbaycanın ticarət evləri açılacaq
Qazaxıstanın Nursultan, BƏƏ-nin Əbu-Dabi, Rusiyanın Yekaterinburq və Sankt-Peterburq şəhərlərində ticarət evlərinin açılması nəzərdə tutulur.Bu barədə fins.az-a məlumat İqtisadiyyat Nazirliyindən verilib.Məlumatda bildirilir ki,Ticarət evlərinin açılması yerli məhsulların xarici bazarlarda satışının artırılması, ixracın genişləndirilməsi baxımından əhəmiyyətli tədbirdir. Bu tədbirlərin davamı olaraq, Qazaxıstanın Nursultan, BƏƏ-nin Əbu-Dabi, Rusiyanın Yekaterinburq və Sankt-Peterburq şəhərlərində ticarət evlərinin açılması nəzərdə tutulur.
Daha sonra qeyd olunub ki, mütəmadi olaraq xarici ölkələrin bazarları öyrənilir, yerli sahibkarların imkanları araşdırılır, hansı ölkədə ticarət və ya şərab evlərinin açılmasının səmərəliliyi təhlil edilir. Ümumilikdə isə, ticarət və şərab evlərinin yaradılması tələbata uyğun olaraq müəyyənləşdirilir
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət