Slimfit
  1. DÜNYA

Bu şəhərdə evlər 1 avroya satılacaq

Bu şəhərdə evlər 1 avroya satılacaq
Sakura

Bu şəhərdə evlər 1 avroya satılacaq

İtaliyada turizmin inkişafı məqsədi ilə bir çox kiçik kənd və qəsəbədə həyata keçirilən “1 avroya ev” layihəsi ilk dəfə bir şəhərdə həyata keçiriləcək. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.


İtaliya ölkənin cənubundakı Puqlia bölgəsində yerləşən və əhalisini itirən tarixi şəhər Taranto mərkəzini canlandırmaq və inkişaf etdirmək üçün 1 Avro-ya Ev layihəsinə qoşulmaq qərarına gəlib.

Bu layihə çərçivəsində ilk mərhələdə bələdiyyəyə aid 5 ev satılacaq və nəticə uğurlu olarsa, bu say artacaq.

Bütün fürsətlərdən yararlanmaq üçün layihələr çərçivəsində digər kənd və qəsəbələrdəki təmirə ehtiyacı olan evlər təmir ediləcək.


Tarixi irsə cavabdeh olan Taranto Şəhər Şurasının üzvü Françeska Viggiano Tarantonun insanların geri dönəcəyi yer olmasını istədiklərini və bu layihə ilə turizmi canlandıracağına ümid etdiklərini söyləyib.

19-cu əsrdə 37 min adam Tarantonun tarixi mərkəzində yaşasa da, 2010-cu ildə bu sayın təxminən 2800 nəfərə qədər azaldığı bildirilib.



Digər tərəfdən, Taranto son illərdə Avropadakı ən böyük polad fabriki və bu fabrikin ətraf mühiti çirkləndirməsi xəbərlərin əsas mövzusudur.

Xatırladaq ki, yerli əhali daim fabrikin yaratdığı ətraf mühitin çirklənməsi ilə bağlı nümayişlər təşkil edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR