Dərc edildi: Baxış sayı: 1022
Bu resept qırışları yox edir - Məşhur Şəhrizad maskası
Əbədi cavanlıq və gözəllik məsələsi yalnız alimləri deyil, əksər qadınları maraqlandıran məsələlərdəndir. Demək olar ki, bütün qadınlar qırışsız, piqment ləkələrsiz təmiz dərinin arzusunda olurlar.
Əlbəttə müasir tibbdə qocalmanın qarşısını alan bir çox prosedurlar var. Bunlara kosmetik salonlarda tətbiq edilən botoks prosedurları, plastik əməliyyatlar və s aiddir. Demək lazımdır ki, bu üsullar müəyyən müddət ərzində həqiqətən də işə yarayır. Amma zaman öz işini görür və vaxt keçdikcə dərinin problemləri yenidən baş qaldırır.
Ona görə də qadınlar ev şəraitində edə biləcəkləri möcüzəvi maskaların axtarışındadırlar.
Medicina.az onlardan birinin reseptini - əvsanəvi Şəhrizad maskasını təqdim edir:
Lazım olanlar:
2 ədəd bildirçin yumurtası, 2-5 damcı limon şirəsi, 1 ç/q zeytun yağı, 1 ç/q bal.
Adı çəkilən bütün ərzaqları qarışdırın. Üzünüzdən kosmetikanı lasyonla təmizləyin. Daha sonra üzünüzü qaynanmış, isti su ilə yuyun. Üzünüz tam qurumadan nəm halda maskanı çəkin. 20 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.
Maskanı həftədə bir dəfə tətbiq etsəniz o zaman, körpə dərisi kimi hamar və təmiz dəriyə sahib olacaqsız.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət