Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu qidalanma sirləri immunitetinizi məğlubedilməz edəcək

Bu qidalanma sirləri immunitetinizi məğlubedilməz edəcək
Sakura

Bu qidalanma sirləri immunitetinizi məğlubedilməz edəcək

Dietoloqlar , immunitetinizin məğlubedilməzliyini təmin edəcək qidalanma sirrlərini açıqladılar.

Pandemiya şəraitində hamını orqanizmi necə qorumalı və koronavirusa yoluxmamaq üçün nə etməli kimi suallar narahat edir. Mütəxəssislər, yoluxma sayının tezliklə kəskin şəkildə artacağını düşünürlər.

Buna görə də həkimlər, immuniteti artırmağa kömək edən və bu təhlükəli virusun orqanizmə daxil olmasına şans verməyən qidalanma tövsiyələrini çatdırmağa davam edirlər.

Həkimlər qeyd edirlər ki, fərdi gigiyena qaydalarına riayət etməklə yanaşı, düzgün qidalanmaya da diqqət yetirmək lazımdır. İmmuniteti gücləndirmək üçün hər gün meyvə, tərəvəz, zülal və fermentləşdirilmiş qidalar qəbul etmək vacibdir.

Gündəlik qidalanma yoluyla insan orqanizminə daxil olan qida maddələri və digər birləşmələr immunitetə təsir göstərir. Həkimlər, xüsusilə dünyada koronavirusun yayıldığı bir zamanda düzgün qidalanmanın vacib olduğunu vurğulayırlar.Hər bir insan yoluxmadan qorunmaq üçün mümkün qədər öz orqanizminə qayğı göstərməlidir. Qidalanmanın köməyi ilə virus hissəciklərinin təsirinə qarşı immunitetin müqavimətini artırmağın mümkün olduğu qeyd olunur.

Gündəlik qidalanmaya tərəvəz və meyvələr əlavə edilməlidir. Məhz bu məhsullarda immunitetin aktivləşdirilməsi üçün lazımlı miqdarda vitamin var. Məsələn, şirin bibər, kələm, sitrus meyvələri və giləmeyvə tərkibində olan C vitamini zərərli hissəcikləri udmaq xüsusiyyətinə malikdir. Parlaq-sarı və narıncı meyvələrin tərkibində olan A vitamini bağırsaq və tənəffüs yollarının vəziyyətinə faydalı təsir göstərir.

Zülallı qidaları da yeməyə dəyər, çünki onların sayəsində antitellərin istehsalı üçün lazım olan amin turşuları bədənə daxil olur. Mal və qoyun ətində bədəndəki patogenləri öldürən T hüceyrələrini əmələ gətirən sink mineralları var.

İmmunitet sisteminin müqavimətini gücləndirmək üçün qidalanmaya kefir, təbii qatıq və kələm daxil edilməlidir. Onların sayəsində bədəndəki bağırsaqlarda faydalı bakteriyalar əmələ gəlir.

Üstəlik, ədviyyatları da unutmayaq. Məsələn, darçın, sarımsaq, zəncəfil və qaraqınıq (yarpız ) antimikrobiyal xüsusiyyətlərə malikdir. Əlbəttə ki, həkimlər bunun müalicə üçün dərman olmadığını bildirirlər, lakin bütün bu məhsullar bədənin viruslara qarşı müqavimətini artıra bilər.

Mənbə: ukrainianwall.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR