Slimfit
  1. DÜNYA

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub
Sakura

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 6 fevral 1952-ci ildə taxta çıxanda bu yana ABŞ-da 12 prezident dəyişib.

Metbuat.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, II Elizabet, İngilis Millətlər Birliyilinin üzvü olan 53 ölkədən 16-nın kraliçasıdır. Harri Trumen, Duayt Eyzenhauer, Con Kennedi, Lindon Conson, Riçard Nikson, Cerald Ford, Cimmi Karter, Ronald Reyqan, Corc Herbert Uoker Buş, Bill Klinton, Corc Buş, Barak Obama və Donald Tramp... Kraliça bu siyahıdan sadəcə Lindon Consonla tanış ola bilməyib. Donald Trampla isə bu gün tanış olacaq.

 

Harry Truman Kraliçanın şahzadə olduğu 1951-ci ildə onunla görüşən ilk ABŞ prezidenti olub.

Yeddi il sonra Duayt Eyzenhauer İngiltərəyə səfər edib.

Kennedi və həyat yoldaşı 1961-ci ildə İngiltərəyə səfər edib. Kraliça o zaman 35 yaşında idi. Bukinqam Sarayında dövlət ziyafəti təşkil olunub və diqqət çəkən cütlüyün ziyarəti “The Crown” televiziya serialında da nümayiş olunub. İki il sonra, 22 noyabr 1963-cü ildə Kennedi Dallasda sui-qəsdlə öldürülüb.

1963-cü ildən 1969-cu ilə qədər ölkəyə rəhbərlik edən Lindon Conson, Kraliça ilə heç vaxt tanış olmayan yeganə ABŞ prezidenti idi. Kraliça çox güman ki, Kennedinin cənazəsində Consonla tanış ola bilərdi. Ancaq o vaxt 5 aylıq hamilə olduğu üçün, mərasimə şahzadə Filip qatılmışdı.

Riçard Nikson, 1969-cu ilin fevralında baş nazir Harold Uilsonu ziyarət edən zaman Bukinqam Sarayında Kraliça ilə də günorta yeməyi yeyib. Nikson 5 ay sonra Vatergeyt qalmaqalından sonra istefa verib.

Cerald Ford prezident olanda iki il yarım müddətində İngiltərəyə səfər etməyib. Ancaq Kraliça 1976-cı ilin iyulunda ABŞ-a səfəri zamanı onunla görüşüb. Onlar Ağ Evdə axşam yeməyi zamanı rəqs ediblər.

Cimmi Karter 1977-ci ilin mayında Bukinqam Sarayını ziyarət edib.

Kraliça

ilə xüsusi münasibət üçün daha çox iş görən prezident Ronald Reyqan olub. O,

1980-ci illərdə Londonda 3 dəfə Kraliça ilə görüşüb. Reyqanın Kraliça ilə ilk dəfə

görüşü 1982-ci ildə Vindsor Qalasında təşkil olunub. O, 1989-cu ildə Ağ Evdən

ayrıldıqdan sonra Kraliça ona fəxri şahzadəliklə təltif edib.

Kraliça ilə tanış olan səkkizinci prezident ata Corc Buş olub. O, 1989-culun mayında andiçmə mərasimindən sonra Kraliça ilə tanış olub. 
Kraliça iki il sonra Birləşmiş Ştatlara səfər edən zaman, Ağ Evin kənarında çəmənlik ərazidə danışmaq üçün ayağa qalxıb. Ancaq nə qədər çalışsa da, Corc Buş üçün nəzərdə tutulan mikrofona boyu çatmayıb. Bu vəziyyət Kraliçanın özünü də güldürüb

Bill Klinton da bir neçə dəfə Kraliça ilə görüşüb (1994, 1995, 2000-ci ilin dekabrı).

Barak Obama 2009-cu ildə Böyük Britaniyaya səfər edərək Kraliça ilə tanış olub. Obama, 2016-cı ilin aprelində sonuncu səfəri zamanı, helikopterində Kraliça ilə birgə Vindsor Qalasına enib və şahzadə Filiplə salamlaşıb.

Kraliça bu gün ABŞ-ın hazırki prezidenti Donald Trampla görüşəcək.

Günay Elşadqızı 

Mənbə: Mətbuat.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR