Bu il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 99 faizi qeydiyyatdan keçib
"Bu il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 99 faizi qeydiyyatdan keçib".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə bildirib ki, əvvəllər bu göstərici aşağı olurdu: "Qəbul olan abituriyentlərin təxminən 12-13 faizi qeydiyyatdan keçmirdi. Bu il biz bunu müşahidə etmədik. Təqdim olunan yerlər 99 faizə yaxın olaraq dolub. Dövlət sifarişli yerlər də tam dolmuşdu".
DİM sədri əlavə edib ki, əvvəllər sentyabrın 15-dən sonra da müraciətlər olurdu: "Həmin müraciətlərə fərdi şəkildə baxdıq. Müəyyən olunmuş vaxtdan sonra qəbul olunan abituriyent qeydiyyatdan keçməyib və sentyabrın 15-də tədris ocağına gəlib. Bu hallara da fərdi olaraq baxmışıq. Elə hallar da olub ki, pulu köçürülüb, amma qeydiyyatdan keçməyiblər. Bunları nəzərə alıb tədrisin başlaması ərəfəsində belə tələbələrlə bağlı əmrləri ali məktəblərə göndərdik".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət