Slimfit
  1. SİYASƏT

Britaniya Dağlıq Qarabağdakı 'prezident seçkiləri”nin ikinci turunu da tanımır

Britaniya Dağlıq Qarabağdakı 'prezident seçkiləri”nin ikinci turunu da tanımır
Sakura

Britaniya Dağlıq Qarabağdakı 'prezident seçkiləri”nin ikinci turunu da tanımır

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ikinci turu aprel ayının 14-də baş tutacaq Dağlıq Qarabağdakı qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yayıb.

"Report" xəbər verir ki, səfirliyin bəyanatında deyilir:

"Böyük Britaniya ikinci turu aprel ayının 14-də baş tutacaq Dağlıq Qarabağdakı "prezident seçkilərini” tanımır.

Böyük Britaniya bir daha ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin sülh prosesindəki rolunu dəstəklədiyini vurğulayır. Biz beynəlxalq hüququn bütün dünyada tanınan prinsip və normalarının əhəmiyyətini vurğulamaqla bərabər, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həll olunması və etimadın yaradılması üçün səylərini sürətləndirməyə çağırırıq".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR