Slimfit
  1. CƏMİYYƏT

“Bravo” cərimələndi

“Bravo” cərimələndi
Sakura

“Bravo” cərimələndi

Proses hakim Qədim Babayevin sədrliyi ilə keçirilib

Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Supermarket” MMC-nin (Bravo) inzibati qaydada cərimə edilməsi barədə məhkəmə qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.

Ens.az AzNews.az-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən apelyasiya şikayəti təmin edilməyib və şirkətin 6 500 manat cərimə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Yasamal Rayon Məhkəməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin protokoluna əsasən, “Azərbaycan Supermarket” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə təqsirli bilib.

 

Bu inzibati xətaya görə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR