Slimfit
  1. AZƏRBAYCAN

“BP-Azerbaijan” və Energetika Nazirliyi bərpa olunan enerji ilə bağlı Anlaşma Memorandumu imzalayıb

“BP-Azerbaijan” və Energetika Nazirliyi bərpa olunan enerji ilə bağlı Anlaşma Memorandumu imzalayıb
Sakura

“BP-Azerbaijan” və Energetika Nazirliyi bərpa olunan enerji ilə bağlı Anlaşma Memorandumu imzalayıb

 Bu gün “BP-Azerbaijan” şirkəti və Energetika Nazirliyi Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədi ilə Anlaşma Memorandumu imzalayıb.

Report” xəbər verir ki, bu barədə şirkət və nazirliyin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, bu memorandum Azərbaycan Hökumətinin bu yaxınlarda ölkədə bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın formalaşdırılmasına başladığını bəyan etməsi kontekstində imzalanıb.

İmzalanma mərasimində energetika naziri Pərviz Şahbazov deyib ki, Azərbaycanda alternativ və bərpa olunan enerjinin istehsalını artırmaq, enerji təhlükəsizliyinin təminatında bu enerjinin rolunu gücləndirmək bu gün dövlət başçısı tərəfindən qarşıya qoyulan həlli vacib məsələlərdir. Onun sözlərinə görə, bərpa olunan enerji sahəsinin inkişafı üçün hazırda beynəlxalq təcrübə öyrənlir, qanunvericilik bazası yaradılır, beynəlxalq şirkətlərlə məsləhətləşmələr aparılır: “Bu gün imzalanmış bu sənədlə Azərbaycanın indiyə qədər bərpa olunan enerji mənbələri üzrə gördüyü işlər yeni inkişaf mərhələsinə daxil olacaq. İnanıram ki, BP ilə neft-qaz sahəsində möhkəm tərəfdaşlığa əsaslanan əməkdaşlıq təcrübəmiz bərpa olunan enerji sahəsində də faydalı olacaq və biz birlikdə təmiz enerjinin inkişafına töhfə verəcəyik”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, şirkət ölkədə bərpa olunan enerji mənbələri üzrə potensialı başa düşmək və birlikdə araşdırmaq üçün Hökumətlə birgə işləməyə hazırdır və Azərbaycanda bərpa olunan enerji sektoru üçün planlaşdırılan bazanın yaradılmasını dəstəkləyir.

“Biz 20 ildən artıqdır dünya miqyasında bərpa olunan enerji mənbələri sektorunda fəaliyyət göstəririk və Azərbaycanla bölüşə biləcəyimiz böyük təcrübəmiz var. Bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin dünyada ən sürətlə artan enerji forması olaraq qalacağı gözlənilir, çünki istifadə olunan enerji resursları tərkibcə az karbonlu mənbələrə doğru dəyişir. Bu yaxınlarda Hökumətin bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın yaradılması barədə verdiyi bəyanatı alqışlayırıq və bu sahədə ölkənin səylərinə dəstək olmaq üçün bugünkü Anlaşma Memorandumunu imzalamaqdan məmnunuq”,- Q.Counz əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR