Dərc edildi: Baxış sayı: 594
Böyük Britaniya Azərbaycanı təbrik etdi
Böyük Britaniya Azərbaycanı 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,təbrik mətni bu ölkənin Bakıdakı səfirliyinin rəsmi "Facebook" səhifəsində yayılıb.
"Silahlı Qüvvələr Gününüz Mübarək! Böyük Britaniya Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinə səmimi təbriklərini çatdırır. Ölkələrimiz arasında güclü ikitərəfli münasibətləri inkişaf etdirməyə, həmçinin NATO vasitəsilə və çoxmillətli əməliyyatlar üzrə əməkdaşlıq etməyə davam edirik. COVİD-19-un çətinliklərinə baxmayaraq, azərbaycanlı zabitlər güclü əlaqələri və qarşılıqlı anlaşmanı möhkəmləndirərək Böyük Britaniyada təlimlərinə davam edirlər", - təbrikdə qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət