Bolqarıstan hökuməti Azərbaycanla təhsil sahəsində əməkdaşlıq haqqında memorandumu təsdiqləyib
Bolqarıstan hökuməti Bolqarıstan və Azərbaycan Təhsil nazirlikləri arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum layihəsini təsdiqləyib.
Bu barədə "Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir.
Memorandum layihəsi təhsil sahəsində əməkdaşlığın təşviqini, bu sahədə təcrübə mübadiləsi və texnologiyaların ötürülməsini, orta təhsil müəssisələri və ali təhsil müəssisələri arasında daha sıx təmasların təşviqini, eləcə də iki ölkənin dilinin, mədəniyyətinin, tarixinin və ədəbiyyatının inkişafının təşviq olunmasını nəzərdə tutur.
Qeyd olunur ki, memorandumun imzalanması Azərbaycanın Bolqarıstanla uzunmüddətli münasibətlərinin qorunmasına, eləcə də təhsil sahəsində ikitərəfli əlaqələrin möhkəmlənməsinə və dərinləşməsinə yardım edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət