Slimfit
  1. CƏMİYYƏT

BNA “Jara” üçün sərnişin daşıyacaq

BNA “Jara” üçün sərnişin daşıyacaq
Sakura

BNA “Jara” üçün sərnişin daşıyacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) Sosial Məsuliyyət Layihələri çərçivəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin daha rahat və təhlükəsiz təşkili, eyni zamanda əhalinin, şəhərimizə gələn qonaqların tədbir keçiriləcəyi məkana gedərkən müxtəlif nəqliyyat vasitələrindən istifadə etməmələri üçün bir sıra tədbirlərə dəstəyini davam etdirir.

BNA-dan Axar.az-a verilən məlumata görə, bu çərçivədə iyulun 25-dən 28-dək keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına bilet alan tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil ediləcək.

Marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsindən) - Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzinə hərəkət edəcəklər. Daşımalara ümumilikdə 40 avtobusun cəlb edilməsi nəzərdə tutulub.

Ekspres xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR