Dərc edildi: Baxış sayı: 278
Blinken Kohenlə danışdı: İsrailə dəstək...
ABŞ Dövlət katibi Entoni Blinken İsrailin xarici işlər naziri Eli Kohenlə danışıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat yayıb.
Qeyd olunub ki, onlar ABŞ-ın İsrailə dəstəyini müzakirə ediblər.
E.Blinken bütün girovların dərhal azad edilməsi üçün Vaşinqtonun səylərini davam etdirəcəyini söyləyib.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından kütləvi raket atəşinə tutulub. Nəticədə 900-dan çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınc" əməliyyatına başladığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət