Dərc edildi: Baxış sayı: 815
Biznes qurarkən nəzərə alınmalı 5 əsas meyar
Biznes qurmaq həm maraqlı, həm də bir o qədər riskli bir işdir. Biznes qurarkən hər bir sahibkar müxtəlif əngəllərlə rastlaşır. Belə olan halda nə etməli və vəziyyətdən çıxış yolunu necə tapmaq lazımdır?
Bu yazıda bu çətinlikləri dəf etmək üçün lazım olan strategiyalarla tanış edəcəyik. Beləliklə,
- Empatiya dəyişimin təməl daşıdır. Əgər siz daha çox gəlir əldə etmək və ya uğurlu biznes qurmaq istəyirsinizsə, onda empatiya bacarıqlarınızı inkişaf etdirin. Yəni, mənə və ya insanlığa nə lazımdır? İnsanların həyatında hansı yeniliyi etməklə işlərini asanlaşdırmaq olar? Bu baxımdan ən yaxşı nümunə yaponlardırlar. Onlar bir məhsulu çıxarakən daha kreativ düşünməyə üstünlük verirlər. Məsələn, bir çox insan bəzi əşyalara ehtiyacın olmadığı mövzusunda israrlı olsalar da yaponlar onun üzərində işləmiş və nəticə etibarilə dünyada həmin məhsula ehtiyac yarada bilmişlər.
- Təcrübələrinizdəki səhvləri uğur kimi dəyərləndirin. Hər bir uğurlu biznesin arxasında təcrübə, hər təcrübənin özəyində səhvlər mövcuddur. Yəni səhv etmədən təcrübə qazanmaq olmaz. Bəzən etdiyimiz səhvlər bizə daha uğurlu biznes qurmaqda yardımçı olur. Bu təcrübə bir çox şirkətlər tərəfindən işlənir. Məsələn, bir şirkət məhsul çıxarır, digəri isə həmin məhsulda müsbət və mənfiləri dəyərləndirərək daha yaxşı məhsul ortaya qoymağa çalışır. Beləliklə, ilk məhsulu çıxaran deyil, təcrübələrdən nəticə çıxaranlar qazanırlar.
- Əzm bacarıqlardan daha dəyərlidir. Çalışmaq və araşdırmaq istəyi olduqca biznesiniz daha da uğur qazanacaq. Unutmayın ki, istək olmadıqca bacarıq da heç bir rol oynamır.
- Əngəlləri fürsətlərə çevirin. Əgər işinizdə əngəllə qarşılaşırsınızsa, yolunuza davam edin və çıxış yolu axtarın. Bir çox hallarda əngəllər yeni fürsətlərə başlanğıc verir.
- Səbəblərin işlərinizi idarə etməsinə icazə verməyin. Bu günün işini sabaha qoymaqla həmin sabahın gəlməyəcəyini də unutmayın. Hər bəhanə sizi məqsədinizdən bir addım daha uzaqlaşdırır.
Mənbə: Banco.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət