Slimfit
  1. CƏMİYYƏT

Bir bəzəklə tarixə düşən Pir Hüseyn xanəgahı: ermənilər buradan da oğurluq edib

Bir bəzəklə tarixə düşən Pir Hüseyn xanəgahı: ermənilər buradan da oğurluq edib
Sakura

Bir bəzəklə tarixə düşən Pir Hüseyn xanəgahı: ermənilər buradan da oğurluq edib

Hacıqabulda yerləşən Pir Hüseyn xanəgahı rayonun Pirsaat su anbarının yaxınlığında, qədim Bakı-Salyan ticarət-karvan yolunun üzərində yerləşir. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, xanəgah böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanda fəlsəfi fikir tarixində İslam dünyagörüşünün formalaşmasında mühüm rol oynamış Hüseyn Şirvaninin məzarı ətrafında salınıb. 

Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansara, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbiristanlıq daxildir. 

Pir Hüseyn türbəsinin bütün daxili divarları və otaqların içərisindəki qəbir sənduqəsi vaxtı ilə bədii ustalıqla düzəldilmiş kaşı ilə bəzədilib. 

Taixçi, tədqiqatçı Mübariz Xəlilovun dediyinə görə, Şeyx Pir Hüseynin kiçik ölçülü türbəsini dünyada məşhurlaşdıran onun kaşı bəzəyi olub. 

1906-cı ildə xanəgahda tədqiqat işləri aparan Ter Avetisyan kaşıların bir hissəsini oğurlayaraq aparıb. 1913-cü ildə Parisdən xanəgaha gəlmiş dəllal M.Kələkyan və Madam Dufantyu kaşıların əksər hissəsini qopararaq, Parisdə hərraca çıxarıb. 

Xanəgahın həyətindəki su quyuları isə orta əsrlərdə inşa edilib. Bir-biri ilə yanaşı olan iki quyuda su həmişə eyni vəziyyətdə qalır. 

Pir Hüseyn xanəgahının çox hissəsi 1918-ci lidə Lalayanın quldur dəstələri tərəfindən dağıdılıb. 2003-cü ildə Pir bərpa edilib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xanəgah tarixi memarlıq qoruğu elan edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR