Slimfit
  1. DÜNYA

Beynəlxalq televiziya günü: Dünyanı dəyişən 9 veriliş

Beynəlxalq televiziya günü: Dünyanı dəyişən 9 veriliş
Sakura

İnsanların özlərinə və dünyaya baxışlarına daha güclü təsir göstərmiş 11 televiziya verilişinin siyahısı

Noyabrın 21-də dünyada Televiziya Günü kimi qeyd olunur, bu münasibətlə BBC-nin Rusca xidməti nəsillərin yaddaşında həkk olunmuş, insanların özlərinə və dünyaya baxışlarına daha güclü təsir göstərmiş 11 televiziya verilişinin siyahısını hazırlayıb.

İnsanın aya enməsi, 1969-cu il

ABŞ kosmik modulunun Aya enməsi, Ayın üzərində insanın atdığı ilk addımları, astronavtlar Neil Armstrong və Buzz Aldrin-in yeriməsini canlı yayımda 600 milyon adam izləyib.

Qlobal televiziya verilişləri yayımında bu, dünya rekordu idi (11 ildən sonra həmin rekord şahzadə Charles və şahzadə Diana-nın toyunun translyasiyası ilə təzələndi).

O zaman ilk dəfə aydın oldu ki, televiziya siqnalı təkcə işıq sürətilə məlumat yayan yox, eləcə də fərqli mədəniyyətə aid insanları da birləşdirə bilən, eyni hissləri onlarda doğura bilən bir vasitədir.

Ayın səthindən təşkil edilmiş televiziya yayımı SSRİ-dən başqa dünyanın hər bir yerində izlənildi.

Ağ-qara televizya təsvirinin keyfiyyəti aşağı olsa da, o dövrdə bu, ən qabaqcıl texnoloji nailiyyət sayılırdı.

ABŞ-da Ay proqramına start veriləndən bəri NASA Apollo kosmik gəmisinin tikintisilə yanaşı Aydan Yerə televiziya siqnalı göndərə bilən xüsusi antenna da yaradırdı.

Live Aid xeyriyyə konserti, 1985-ci il

Bu, tarixdə ilk dəfə telemarafon formatında keçirilmiş xeyriyyə konserti idi - həmin telemarafona dünya əhalisinin 40 faizi yəni təxminən 2 milyard insan (dünya əhalisinin sayı 1985-ci ilə aiddir) baxmışdı.

Bruce Springsteen telemarafonda iştirak etmiş 50 superulduzdan biridir.

Bu telemarafonun keçirilməsi ideyasını musiqiçi və fəal Bob Geldof irəli sürmüşdü: rok ulduzlarının görünməmiş populyarlığını televiziyanın texniki imkanları ilə birləşdirib bundan pul çıxarmaq. Konsertdən əldə edilən qazanc Afrikada yoxsul əhalinin vəziyyətinin yüngülləşdirilməsinə yönəldilmişdi.

Aksiya, eyni zamanda iki arenada keçirilmişdi - Londonun Wembley stadionunda və Filadelfiyada Kennedy stadionunda.

O zaman BBC öz verilişlərini təxirə salaraq 16 saat ərzində həmin marafon konsertini canlı yayımda translyasiya edib.

Donahue və Poznerin ABŞ-SSRİ telekörpüləri, 1986-cı il

1980-cı illərdə sovet tamaşıçının amerikalılar barədə (və əksinə) təsəvvürlərini radikal dərəcədə dəyişən telekörpü verilişləri oldu.

Telekörpülər hələ 1982-ci ildən təşkil edilməyə başlamışdı, yəni yenidənqurmaya qədər, amma dar auditoriya üçün.

Yalnız sovet jurnalisti Vladimir Pozner və amerikalı Phil Donahue verilişin aparıcıları olandan sonra bu telekörpülər ümumxalq tamaşasına çevrildi.

Ən yadda qalan sayca beşinci telekörpü oldu - Leninqrad -Boston.

1986-cı il iyunun 28-də keçirilmiş həmin telekörpünün mövzusu "Qadınlar qadınlarla danışır" idi.

Telekörpülər əvvəlcədən yazıldıqdan sonra efirə verilirdi.

"Qadın" telekörpüsü efirə 1986-cı il iyulun 17-də getmişdi, həmin buraxılışda iştirak etmiş mehmanxana administratoru və "Sovet Qadınları Komitəsinin" üzvü Lyudmila İvanova "SSRİ-də seks yoxdur" dediyi cümləsilə bir anda məşhurlaşdırdı.

BBC Lyudmila İvanova ilə 30 ildən sonra danışa bilib.

"Siz demişdiniz ki, "SSRİ-də seks yoxdur və biz buna qarşıyıq", bu, olmuşdu?" sualına İvanova belə cavab verib: "Mən demişdim "biz buna qarşıyıq" və ya "biz bunu anlamırıq", buna bənzər nəsə demişdim. İndi yadımda deyil. Mən "SSRİ-də seks yoxdur" deyən kimi ki, auditoriyadan elə bir gürultulu gülüş qopdu ki, bundan sonra heç nəyi eşidə bilmədim".

David Frost-un Richard Nixon ilə müsahibəsi:siyasətçinin peşmanlığı, 1977-ci il

Richard Nixon-un müsahibəsi 1977-ci ilin televiziya hitinə çevrildi

O zaman az tanınan ingilis jurnalisti David Frost-un ABŞ tarixində böyük siyasi qalmaqal nəticəsində istefa vermiş yeganə ABŞ prezidenti iilə dörd müsahibədən ibarət silsilə proqramı ilk əvvəl ABŞ televiziya şəbəkələrini maraqlandırmadı.

1974-cü ildə impiçmentə məruz qalmış Nixon istefasından sonra həmin müsahibəyədək ictimaiyyət qarşısında heç zaman çıxış etməmişdi.

O, çətin həmsöhbət idi və ürəyini müsahibinə açmağa tələsmirdi.

Laki uzun-uzadı çəkiliş saatlarından sonra gənc jurnalist Nixon-u səmimiliyə çəkə bildi və ötən dövrə fərqli gözlə onu baxmağa inandıra bildi.

Beləcə, özü də hiss etmədən, təcrübəli siyasətçi həmin müsahibədə olduğu kimi göründü... və ilk dəfə olaraq ABŞ xalqından üzr istədi.

Seçicilərini aldatdığını ilk dəfə anlayan yorğun yaşlı insanın iriplanlı təsviri peşmanlıq hissi keçirən siyasətçinin portretinə çevrildi.

Nixon-la televiziya müsahibəsini SSRİ-dən başqa dünyanın bütün televizya şirkətləri aldı.

Bu müsahibə televiziya tarixində ən reytinqli xəbər müsahibəsi sayılır.

Həmin müsahibəyə qədər televiziyada əsasən əyləncə verilişlərini aparan Frost isə bundan sonra Britaniyada siyasi telejurnalistikanın istinadgahına çevrildi.

Top of the Pops - ilk televiziya hit-paradı, 1964-cü il

Müğənni David Bowie-nin Top of the Pops verilişində əynində olduğu geyimi sonradan Londonda Victoria və Albert muzeyinin eksponatına çevrildi.

Seksual məzmunlu mahnıları ilə seçilən rokerləri ilk dəfə televiziya ekranlarına buraxan BBC olub.

Bu musiqi verilişi ilk dəfə televiziya efirinə 1964-cü il yanvarın 1-də buraxılmışdı. Proqramda Rolling Stones, Beatles və digər qruplar iştirak etmişdi.

Həmin andan başlayaraq bu veriliş 40 il ərzində hər həftə ekranlara çıxırdı. Tamaşaçılara rok, pop, pank və disko üslubunda musiqini dinlənməyə imkan verirdi.

Sovet İttifaqında Tops of the Pops verilişinin analoqu "İlin mahnısı" və "Mavi işıq" verilişləri idi.

Həmin verilişlər ildə bir dəfə keçirilirdi, istənilən artist həmin verilişdə iştirak edəndən sonra onun hörməti və nüfuzu kəskin artırdı və qarşısında böyük karyera perspektivi açılırdı.

Mappet-show - kuklaların televiziyada debütü, 1976-cı il

Kuklaçı və komik Jim Henson öz küklalarını 1970-ci illərin əvvəlində yaradıb.

Əvvəlcə, insanlar əvəzinə qəribə kuklaların iştirak etdiyi televiziya verilişi ideyasını ABŞ telekanalları bəyənmədi, odur ki, Mappet-show proqramın ilk 120 verilişi yalnız Britaniyada nümayiş etdirildi.

Bu veriliş böyüklər üçün nəzərdə tutulmuşdu və varyete, musiqi, riskli zarafatlar, komediya və studiyanın qonaqları ilə müsahibələrdən ibarət idi.

Verilişin aparıcısı Kermit adlı qurbağa idi.

Lakin illər ötdükcə məlum oldu ki, bu qəribə personajlar tamaşaçı üçün maraqlı ola, onları sevindirə və güldürə bilər.

Tədricən mappet-kuklaları digər verilişlərin, filmlərin və tamaşaların qəhramanlarına çevrildi.

Mappet-show-nun uşaqlar üçün versiyası "Sezam küçəsi" adlı televiziya verilişi yaradıldı.

Bu veriliş dünyanın 140 ölkəsində nümayiş etdirildi.

Линия

SSRİ və Rusiyada da nəsillərin baxışlarına təsir göstərmiş verilişlər olub.

"600 saniyə"

Nevzorovun verilişi vaxtilə çox populyar olub.

"600 saniyə" - televiziya məlumat-təhlil proqramı efirə 1987-1993-cü illərdə Leninqrad kanalında (Beşinci kanal) çıxıb.

10 dəqiqə ərzində verilişin aparıcısı Aleksandr Nevzorov günün əsas xəbərləri haqqında söhbət edirdi.

Bu verilişin çox yüksək tamaşaçı reytinqi olduğundan adı Guinnes rekordlar kitabına da düşmüşdü və yenidənqurmanın rəmzlərindən birinə çevrilmişdi.

"Pole çudes", 1990-cı il

Leonid Yakuboviç "Pole çudes" verilişini 27 ildir ki, aparır.

"Pole çudes" - Sovet və Rusiya televiziyasının ən uzunömürlü proqramıdır.

Qərb televiziyasından köçürülmüş televiziya oyun formatı "ruslaşdırılaraq" ötən onillər ərzində tanınmaz dərəcədə dəyişib.

Sözlərin tapılması televiktorinası bu müddət ərzində qonaqların aparıcı ilə ünsiyyət və söhbətləşmə, hədiyyələr çatdırma, tamaşaçı auditoriyasına müraciət etmə meydançasına çevrilib.

Əgər 90-cı illərin əvvəlıində bu veriliş baha hədiyyə (hətta maşın) udmaq şansı verən veriliş kimi populyarlıq qazanmışdısa, illər keçdikcə tamaşaçılar bu şou vasitəsilə deyib-gelmək, ünsiyyətdə olmaq, ürək sözünü çatdırmak, kimisə təbrik etmək imkanını daha çox dəyələndirilməyə başladılar.

Verilişin qonaqları proqramın daimi aparıcısı Leonid Yakuboviçin yanına qohumların yanına qonaq kimi əli dolu gəlir, hədiyyələr, yeməklər, müxtəlif sovqatlar gətirirlər.

İştirakçılar hədiyyə və sovqatların verilməsinə sözlərin tapılmasına sərf etdikləri vaxtdan daha çox vaxt sərf edirlər.

Proqramın premyerası 1990-cı il oktyabrın 25-də baş tutub. Verilişin ilk aparıcısı Vladislav Listyev olub. Bir ildən sonra onu Leonid Yakuboviç əvəzləyib.

Ostankino mərkəzindəki verilişin muzeyində proqram iştirakçılarından studiyaya gətirdikləri 50 min hədiyyə saxlanılır.

"13 stul" meyxanası, 1960-1980-cı illər

"13 stul" verilişinin aparıcısı Mixail Derjavin

Sosialist birliyi ölkələrinin musiqili-yumoristik proqramlarına istinad edən bu proqram sovet insanları üçün Avropaya, lap elə Şərqi Avropaya "pəncərə" açmış olmuşdu - və sosialist düşərgəsində böhran yarananda həmin verilişin ömrü bitdi.

Sovet televiziyasında ən populyar proqramlardan biri olan bu veriliş 14 il ərzində efirə çıxıb.

Tamaşaçıları bu verilişdə özünə çəkən xaricin füsunkarlığı, onların geyimi, rus dilində danışıq tərzi və ləhçələri idi - bütün bunların kommunizm quruculuğu ideologiyası ilə heç bir bağlılığı yox idi.

Baş rolları Moskva Satira Teatrının artistləri ifa edirdilər.

"13 stul" televiziya verilişdən səhnə

Proqramın 133 buraxılışı efirə çıxmışdı, lakin 1980-ci ilin oktyabrında Polşada siyasi vəziyyət kəskinləşəndən sonra verilişin çəkilişi dayandırılmışdı.

Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi Leonid Brejnev bu verilişin azarkeşi idi; o, bu verilişin bircə seriyasını da buraxmamışdı.

Bu proqram sovet camaatının ən sevimli televiziya tamaşalarından idi.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR