Dərc edildi: Baxış sayı: 488
Beynəlxalq Komsik Stansiyada oksigen sızması baş verib
Beynəlxalq Komsik Stansiyada oksigen sızması baş verib.
“Ölkə.Az” xəbər verir ki, stansiyada yaranan bir deşikdən oksigen sızır. Stansiyada işləyən kosmonavtlar bunun qarşısını almaq üçün hərəkətə keçiblər.
Məlum olub ki, sızıntı stansiyadakı bir rus kosmik kapsulunda yaranan deşikdə başlayıb. Kosmonavtlardan biri oksigen sızıntısının qarşısını almaq üçün əvvəlcə deşiyi barmağı ilə bağlayıb. Sonra isə bint və digər əşyalardan istifadə edərək deşiyi bağlayıb.
Dünyadakı mühəndislər isə bu problemin həlli yollarını axtarırlar. ABŞ və Rusiya kosmik mərkəzləri kosmonavtlar üçün təhlükə olmadığını açıqlayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət