Slimfit
  1. SİYASƏT

Rusiyaya səfir təyin olunan Rəhman Mustafayev KİMDİR? - DOSYE

Rusiyaya səfir təyin olunan Rəhman Mustafayev KİMDİR? - DOSYE
Sakura

Rusiyaya səfir təyin olunan Rəhman Mustafayev KİMDİR? - DOSYE

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiyaya yeni səfiri təyin edilib.

Bununla bağlı bu gün Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Oxu.Az Rəhman Mustafayevin dosyesini təqdim edir:

Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub.

1980-1985-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.

1985-1987-ci illərdə hərbi xidmətdə olub.

1993-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi, 1994-1997-cı illərdə isə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.

1997-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri, 2000-2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub.

2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini təyin edilib.

2006-cı ilin noyabr ayından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.

Rəhman Mustafayev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

2017-ci ilin iyun ayından 2022-ci ilin oktyabr ayına kimi Fransada, 2022-ci ilin 17 oktyabrdan 2024-cü ilin 1 oktyabr tarixinə kimi isə Niderland Krallığında fövqəladə və səlahiyyətli səfir olub.

 

İngilis, fransız, rus və ərəb dillərini bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR