Slimfit
  1. DÜNYA

ABŞ-də ardıcıl ikinci güclü qasırğa: "Milton" Floridaya yaxınlaşır, əhali təxliyə edilir

ABŞ-də ardıcıl ikinci güclü qasırğa: "Milton" Floridaya yaxınlaşır, əhali təxliyə edilir
Sakura

ABŞ-də ardıcıl ikinci güclü qasırğa: "Milton" Floridaya yaxınlaşır, əhali təxliyə edilir

ABŞ sahillərində "Milton" qasırğası güclənir və Florida ştatına yaxınlaşır.

Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az "AP" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, "Milton" Florida ştatının Tampa şəhərindən 1 239 km cənub-qərbdədir və küləyin sürəti 144 km/saata çatır. Qasırğanın sürətlə şərq sahilinə doğru irəlilədiyi deyilir.

Meteoroloqların proqnozlarına görə, oktyabrın 9-da ştata 12-25 sm, bəzi ərazilərdə isə 38 sm-ə qədər yağış yağa bilər. Həmin gün qasırğanın Floridanın qərbinə çatacağı gözlənilir. Meteoroloqların fikrincə, həmin vaxt o, beş ballıq şkala üzrə üçüncü kateqoriyaya (178-208 km/saat) çatacaq.

Ştatda əhalinin təxliyəsinə hazırlıq gedir ki, bu, "İrma" qasırğasının 7 milyon insanı evlərini tərk etdiyi 2017-ci ildən bəri Floridada ən böyük təxliyə ola bilər.

Florida qubernatoru Ron Desantis ştatın 67 əyalətindən 51-də fövqəladə vəziyyət elan edib. O, sakinlərə elektrik enerjisinin verilməsində mümkün fasilələr barədə xəbərdarlıq edib və həmçinin özlərini bir həftəlik su və qida ilə təmin etməyə çağırıb.

Qasırğa yaxınlaşdıqca məktəblərdə oktyabrın 7-dən 9-dək dərslər ləğv edilib.

Xatırladaq ki, sentyabrın 19-da dördüncü kateqoriyalı qasırğa olan "Helen"dən sonra ştatda hələ də bərpa işləri davam etdirilir. Həmin vaxt "Helen"in aktiv olduğu bölgədə küləyin sürəti 225 km/saata çatıb. Təbii fəlakət azı 230 nəfərin həyatına son qoyub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR