Dərc edildi: Baxış sayı: 212
KİV: “HƏMAS”ın rəhbəri sağdır
“HƏMAS” Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Yəhya Sinvar sağdır və uzun sükutdan sonra müvafiq şəxslərlə əlaqə saxlayıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Walla” portalı İsrail rəsmisinə istinadən məlumat yayıb.
Portalın həmsöhbətinin sözlərinə görə, Sinvar son günlər Qətərdəki “HƏMAS” nümayəndələri ilə əlaqəni bərpa edib və onlara məlumatlar çatdırıb.
İsrail rəsmisi bildirib ki, “HƏMAS” lideri məlumatlarında Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün aparılan danışıqlarla bağlı mövqeyinin yumşaldılmasına işarə etməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət