Slimfit
  1. ELM

Beyin hüceyrələrini bərpa edən sözlər mövcuddur

Beyin hüceyrələrini bərpa edən sözlər mövcuddur
Sakura

Beyin hüceyrələrini bərpa edən sözlər mövcuddur

Aparılan təcrübələr zamanı alimlər ölü hüceyrələri canlandırlan sözlərin olduğunu aşkar etdilər.

Onlar buna necə nail oldular?

Hər şeyi növbə ilə izah edək. Hələ uzaq 1949-cu ildə tədqiqatçılar - Enriko Fermi, Ulam və Pasta xüsusiyyəti onlarda baş verən proseslərdən asılı olan dəyişən sistemlər - qeyri-xətti sistemləri araşdırırdılar. Bu sistemlər müəyyən vəziyyətlərdə özlərini qəribə aparırdılar.

Araşdırmalar göstərdi ki, şəraitin onlara təsiri sistem tərəfindən yadda saxlanırdı və bu informasiya onlarda uzun müddətdə yadda saxlanırdı. Məs: orqanizmin informasiya yaddaşını saxlayan DNT molekulu.

Hələ o vaxtlar alimləri bir sual maraqlandırırdı ki, heç bir beyin strukturu və sinir sistemi olmayan şüursuz molekul istənilən müasir kompüteri üstələyən dəqiqlikli yaddaşa malik ola bilər. Daha sonra alimlər möcüzəvi solitonları kəşf etdilər.

Solitonlar

Soliton qeyri-xətti sistemlərə yerləşən strukturlu davamlı dalğadır. Alimlər çox təəccüblənmişdilər. Axı bu dalğalar özünü şüurlu məxluqlar kimi aparırdılar. 40 il keçəndən sonra alimlər bu araşdırmada inkişafa nail oldular.

Təcrübənin məğzi belə idi – xüsusi alətlərin köməyi ilə alimlər DNT zəncirində bu dalğaların yolunu izləməyə nail olublar. Bunu insanın açıq kitabı ilə müqayisə etmək olar, sadəcə yüz dəfələrlə dəqiqdir. Tədqiqatçıları aradşırma zamanı bir sual maraqlandırırdı – solitonlar niyə özünü belə aparır və onlara əmri kim verir?

Alimlər araşdırmalarını RAN riyaziyyat institutunda davam etdirdilər. Onlar solitonlara informasiya daşıyıcısına yazılmış insan səsi ilə təsir göstərməyə cəhd etdilər. Alimlərin gördükləri gözlədiklərini üstələdəi – sözlərin təsiri altında solitonlar dirildi.

Tədqiqatçılar daha irəli getdilər – bu dalğaları daha əvvəl DNT zəncirlərini qıracaq dərəcədə olan radioaktiv şüalanmanın təsirinə məruz qalan taxıl dənəsinə yönləndirdilər. Bu təsirdən sonra taxın dənəcikləri böyüdülər. Mikroskop altında radiasiyanın məhv etdiyi DNT-nin bərpası müşahidə olunurdu.

Belə çıxır ki, insan sözləri hətta ölü hüceyrəni belə canlandıra bildi, yəni sözlərin təsiri altında solitonlar canlı qüvvəyə malik olmağa başladılar. Bu nəticələr Böyük Britaniya, Fransa, Amerika kimi başqa ölkələrin tədqiqatçıları tərəfindən dəfələrlə təsdiqləndi.

Alimlər tərəfindən xüsusi proqram hazırlandı ki, o insan nitqini dalğaya çevirir və solitonların dalğalarına əlavə olunur, sonra isə bitkinin DNT-ə təsir göstərirdilər. Bunun təsiri bitkilərin inkişafı əhəmiyyətli dərəcədə sürətlənirdi və keyfiyyəti yüksəlirdi. Təcrübələr həm də heyvanlarla aparılırdı, onlara təsirdən sonra arterial təzyiq yaxşılaşırdı, nəbz normallaşırdı, fiziki göstəricilər yaxşılaşırdı.

Alimlərin araşdırmaları bununla bitmədi

ABŞ və Hindistanın elmi institutlarından olan həmkarlarla birlikdə insan düşüncəsinin planetin vəziyyətinə təsiri üzrə təcrübələr aparıldı. Təcrübələr dəfələrlə aparıldı, sonuncularda isə 60 və 100 min insan iştirak edirdi. Bu əslində böyük sayda insan kütləsidir.

Təcrübənin həyata keçirilməsinin əsas və vacib qaydası insanlarda yaradıcılıq qabiliyyətinin olması idi. Bunun üçün insanlar öz istəyi ilə qruplar təşkil edərək planetimizdə müəyyən nöqtəyə pozitiv fikirlərinin yönəldirdilər. O zaman bu nöqtə kimi İraqın paytaxtı Bağdad seçilmişdi, orada qanlı döyüşlər gedirdi.

Təcrübə zamanı döyüşlər qəfil dayanırdı və bir neçə sutka ərzində davam etdirilmirdi, həmçinin təcrübə günlərində şəhərdə cinayətkarlıq göstəriciləri qəful azalırdı. Yaradıcı düşüncənin təsiri prosesi alimlərin cihazları ilə qeydə alınırdı, onlar güclü müsbət enerji axınını qeydə alırdı.

Alimlər əmindir ki, bu təcrübələr insan düşüncələrinin material olmasını və onların müharibə,ölüm və zorakılığa qarşı durmaq qabiliyyətini sübut etdi. Alimlər artıq dəfələrlə qədim həqiqətləri elmi olaraq sübut edirlər – insan fikirləri həm yarada bilər, həm də məhv edə bilər.

Seçim insana qalır, məhz öz diqqətinin istiqamətindən insanın yaradacağı və ya ətrafdakılara mənfi təsir edəcəyi müəyyənləşir.

İnsan həyatı – daimi seçimdir və onu düzgün və şüurlu şəkildə etməyi öyrənmək mümkündür.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR