Slimfit
  1. İDMAN

Başı bəlalı “əsgər salamı” – Bizimkilər də cəzalandırılacaq?

Başı bəlalı “əsgər salamı” – Bizimkilər də cəzalandırılacaq?
Sakura

Başı bəlalı “əsgər salamı” – Bizimkilər də cəzalandırılacaq?

Xəbər verdiyimiz kimi, Türkiyənin Suriyadakı “Barış Pınarı” hərbi əməliyyatına bir çox futbolçu “əsgər salamı” verərək dəstək olub. Türkiyə millisinin üzvlərinin Albaniya (1:0) və Fransa (1:1) ilə matçlarda bunu nümayiş etdirməsindən sonra bir çox futbolçular onlara dəstək oldu. “Futbola siyasət qarışdırmaq olmaz” deyə UEFA-nın da bununla bağlı cəzalar tətbiq edəcəyi gözlənilir.  

“Traktor”un (Təbriz) futbolçusu Mehdi Bəbri bu əməliyyata dəstək olduğuna görə, İran Futbol Federasiyası tərəfindən cəzalandırıldı. Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo da “Yuventus”dan komanda yoldaşı Melih Demiralı “əsgər salamı” ilə qarşılayıb.

Bəs Azərbaycanda vəziyyət necədir? Bu dəstəyin Premyer Liqamızın əsas oyunlarında da göstərilməsinə qadağa olub-olmadığını öyrənmək üçün Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyə müraciə etdik. O, açıqlamasında klublara bununla bağlı hər hansı xəbərdarlıq edilmədiyini bildirdi:

“Bizdə bununla bağlı hər hansı bir qadağa yoxdur. Ümumiyyətlə, futbolçunun cəzlandırlması üçün xüsusi kodeks var. Bundan əlavə klubun daxili kodeksi də olur ki, qadağan olunmuş hansısa hərəkəti futbolçu etsə, komandadan uzaqlaşdırılır və ya başqa şəkildə cəzalandırılır”. 

Bu gün keçiriləcək “Qəbələ” – “Qarabağ” oyununda əməliyyata dəstək xarakterli nəyinsə olacağı və ya futbolçulara qadağa qoyulub-qoyulmaması ilə əlaqədar olaraq klubların mətbuat xidmətinin rəhbərlərinə sual ünvanladıq.

Nurlan İbrahimov (“Qarabağ) açıqlamasında qadağa qoyulmadığını, bunun peşəkarlığa zidd olduğunu söylədi:

“O fərqli təşəbbüsdür. Bunu et və ya etmə demək düzgün deyil. Biz ümumiyyətlə klub trəfindən futbolçularımıza qol vuranda belə edin demirik. Bu peşəkarlığa zidd bir şeydir. Həm də futbolçunun oyununa, motivasiyasına təsir edəcək amillərdir. Bizim işimiz futbol oynamaqdır. “Qarabağ” Futbol Klubu olaraq işimizi bununla göstərməyə çalışırıq”.

Anar Hacıyev (“Qəbələ”) də həmkarının sözlərinə qoşuldu və bununla bağlı danışıq olmadığını dedi:

“Bu barədə heç bir müzakirə, danışıq olmayıb. Belə deyim, o onların öz milli komandasıdır və daxili məsələlərinə görə atılmış bir addımdır. Biz onlara hər hansı bir münasibət bildirə bilmərik, bildirməyimiz də düzgün çıxmaz”.

Qeyd edək ki, Azərbaycanda 1-ci divizionda çıxış edən “Neftçi-2”nin futbolçusu Əlibəy Məmmədli də “əsgər salamı” verərək dəstəklərini nümayiş etdirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR