Slimfit
  1. AZƏRBAYCAN

Baş prokuror Bakıda ağac əkdi

Baş prokuror Bakıda ağac əkdi
Sakura

Baş prokuror Bakıda ağac əkdi

Bu gün Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları mərhum Prezident Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirib.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyada Baş prokuror Zakir Qaralov da iştirak edib. O, da bütün rayonlar üzrə prokurorluq əməkdaşları ilə ağac əkib.

Tədbir çərçivəsində paytaxtın Suraxanı rayonu ərazisində Dədə Qorqud qəsəbəsinin yaxınlığında 1 hektar ərazidə minə yaxın badam ağacları əkilib. Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub.

Həmçinin əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR