Dərc edildi: Baxış sayı: 579
BANM-in rektoru Yay Məktəblərinin pulsuz olmasını təklif edib
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ali təhsil müəssisələri tərəfindən kəsiri olan tələbələr üçün ödənişli əsaslarla təşkil edilən Yay Məktəblərinin bu il universitetlərin hesabına pulsuz olması təklifini irəli sürüb.
BANM-dən "Report"a verilən məlumata görə, E.Qasımov bu təkliflə Təhsil naziri Ceyhun Bayramovun ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə keçirdiyi video-konfransda çıxış edib.
O bu təklifi pandemiya dövründə tədrisdə yaranan risklərin minimallaşdırması və qlobal virusdan təsirlənən tələbə ailələrinə dəstəyin göstərilməsi istiqamətində tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib.
Təklif konfrans iştirakçıları tərəfindən bəyənilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət