Slimfit
  1. İQTİSADİYYAT

"Banklar haqqında"qanunda kommersiya maraqlarının açıqlanmasına dəyişiklik edilir

"Banklar haqqında"qanunda kommersiya maraqlarının açıqlanmasına dəyişiklik edilir
Sakura

"Banklar haqqında"qanunda kommersiya maraqlarının açıqlanmasına dəyişiklik edilir

 Bu gün Milli Məclisin  iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. "Report"un verdiyi xəbərə görə, iclasda 8 məsələ - Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, Mülki Məcəllədə, "Banklar haqqında", "İpoteka haqqında" , "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" , "Lotereyalar haqqında" qanunlarda dəyişikliklər ikinci oxunuşda müzakirə olunub.

“Lotereyalar haqqında” qanunun müzakirəsi zamanı mübahisə yaranıb, komitə sədri Ziyad Səmədzadə bildirib ki, loterayaların qiymətinin həddən artıq şişirdilməsinin tərəfdarı deyil.

“Çünki, bu lotereyaları insanlar alır. Bu da bir növ pullu xidmətlərin xüsusi çəkisinin artmasına gətirib çıxarır. Ona görə də Tiraj Komissiyasının üzvlərinin sayının 5-dən 3-ə endirilməsini fikirləşmək lazımdır. Biz dünya təcrübəsinə baxarıq. Ona görə də bu kimi məsələləri daha ətraflı müzakirə etmək üçün dəyişikliklərin müzakirəsini 3-cü oxunuşa salırıq".

“Azərlotereya”nın nümayəndəsi qeyd edib ki, Tiraj Komissiyası oyunun qaydalara uyğun keçirilməsinə nəzarət edir.

“Nəzarətedici orqanın alacağı maaş onun nəzarət etdiyi yerdən olmamalıdır. Bu dünyada qəbul olunmuş qaydadır. Vergi orqanında çalışan birinin maaşını dövlət verir. Bunu dükan və mağazalar ödəsəydi, nə olacaqdı?!”

"Banklar haqqında" qanunun müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov Mülki Məcəllənin 99.3-cü maddəsinin banklara şamil edilməməsinə etiraz edib.

"Mülki Məcəllənin 99.3-cü maddəsində təklif olunur ki, Açıq Səhmdar Cəmiyyətinin xalis aktivlərinin dəyərinin 25%-indən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Əvvəl bu maddə banklara da şamil olunurdu. İndi təklif olunur ki, bu maddənin banklara və xarici bankların yerli fialllarına aid edilməsin. Burada ciddi anlaşmadan söhbət getmir. Niyə bankara şamil olunmamalıdır? Bank səhmdar cəmiyyətin bir növüdür".

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin üzvü bildirib ki, Banklar haqqında qanunda bu məsələ tənzimlənir.

"Bankın nizamnamə kapitalının 50%-dən artıq məbləğdə və bankın nizamnaməsində nəzərdə tutulmuş hallarda bankın adından müvafiq əqdin bağlanmasına icazə vermək səlahiyyəti Müşahidə Şurasına aiddir. Qanunvercilik imkan verir ki, nizamnamə başqa cür də nəzərdə tutula bilər. Nizamnamədə səhdmarlar həmin qurumu yaradanda və ya daha sonra istədiyi dəyişikliyi edə bilər. Amma Mülki Məcəlləyə gələndə, aktivlərlə bağlı 25% fərq yaranırdı. Bu fərqi aradan qaldırmaq üçün mövcud bank praktikasında 50% effektiv olduğu üçün bu istisnanı nəzərdə tutmuşuq.

Məlumatın açıqlanmasına gəlincə, hazırda banklarda korporativ idarəetmə standartları təsdiq olunur. Bu standartlarda məlumatların açıqlanmasının daha geniş forması var. Qanun da deyir ki, bunu Palata müəyyənləşdirsin, çünki banklar daha spesifik qurumlardır. Onlar tərəfindən açıqlanan məlumatlar kifayət qədər həssasdır. Bugünkü standartlar daha sərt yanaşmadır. Biz istəyirik ki, korporativ idarəetmə standartları saxlanılsın".

İclasda qanunda kommersiya maraqlarının açıqlanması ilə bağlı dəyişiklik mübahisə yaradıb. Belə ki, hazırki qanunvericiliyə əsasən 28.1.maddədə deyilir ki, Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin hər bir üzvü özünün və ailə üzvlərinin birbaşa və ya dolayısı ilə malik ola bildiyi mühüm kommersiya maraqlarını bankın İdarə Heyəti və Müşahidə Şurası qarşısında açıqlayır.

Dəyişikliyə əsasən İdarə Heyəti bu siyahıdan çıxarılır. Yəni kommersiya maraqları ancaq Müşahidə Şurasına açıqlanacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR