Slimfit
  1. AZƏRBAYCAN

Bakının təkidi, 21 saziş və Aşqabaddan dünyaya mesaj...

Bakının təkidi, 21 saziş və Aşqabaddan dünyaya mesaj...
Sakura

Bakının təkidi, 21 saziş və Aşqabaddan dünyaya mesaj...

Türmənistanla Azərbaycan arasında strateji əlaqələr inkişaf edəcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Prezident İlham Əliyevin Türkmənistan səfəri Azərbaycan üçün xüsusi əhəmiyyətli idi:

“İlham Əliyev Aşqabadda bu ölkənin prezidenti Qurbanqulu Berdiməhəmmədovla 21 saziş imzaladı. Bu sazişlər əlaqələrin bütün sahələrini əhatə edir. Birincisi, prezidentlərin imzaladıqları birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərin toxunulmazlığına və münaqişənin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu. Bu bəndin birgə bəyanata salınmasına Azərbaycan tərəfi israr edib və Aşqabad etiraz etməyib. İkincisi, birgə bəyanatda Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmiryol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsinin mühüm əhəmiyyətə malik olduğu, bu əlaqələrin iki ölkənin maraqlarına xidmət etdiyi, regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına təkan verəcəyi vurğulanıb. Üçüncüsü, prezidentlər Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bildirib”.

Politoloq qeyd edib ki, sonuncu iki bənd hər iki dövlət üçün vacibdir:

“Aşqabad Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini işə salmaq istəyir. Ancaq Əfqanıstandakı vəziyyət bu layihənin reallaşmasına imkan vermir. Buna baxmayaraq, Əfqanıstanda sabitlik yaranan kimi bu layihəni işə salmaq mümkündür. Bununla həm Türkmənistan, həm də Azərbaycan yeni nəqliyyat koridoru əldə edəcək”.

Politoloqun sözlərinə görə, birgə bəyanatda “Transxəzər” ifadəsinin vurğulanması da iki ölkənin gələcək niyyətindən xəbər verir:

“Azərbaycan öz qazını TANAP boru xətti ilə Türkiyəyə çatdırır, gələn il isə ölkəmiz TAP boru xətti ilə qazını Avropa ölkələrinə də çatdıracaq. Türkmənistan da öz qazını Avropaya çatdırmaq istəyir. Birgə bəyanatda “Transxəzər” ifadəsinin yer alması ondan xəbər verir ki, Aşqabad bu boru xəttinin tikilməsini istəyir. Ancaq bunun üçün Azərbaycanla Türkmənistan arasında Xəzərin dibinin bölüşdürülməsinə dair ikitərəfli saziş imzalanmalıdır. Belə bir saziş İlham Əliyevin Aşqabada səfəri zamanı imzalanmadı. Daha əvvəl 5 dövlət Xəzərin yekun Konvensiyasına imza atıb. Ancaq Xəzərin dibi sahil ölkələr arasında razılaşdırılmalıdır. Azərbaycan Rusiya və Qazaxıstanla Xəzərin dibi ilə bağlı sazişlər imzalayıb, yəni ikitərəfli sərhədlərini müəyyənləşdirib. Rəsmi Bakı Aşqabadla da belə bir sazişin imzalanmasını istəyir. Görünür, Aşqabad bu məsələnin həllinə hələ hazır deyil”.

Politoloq bildirib ki, İlham Əliyevin Aşqabada səfəri zamanı Xəzərdəki “Kəpəz” yatağı ilə bağlı da heç nə deyilmədi:

“Bu haqda birgə bəyanatda heç nə yoxdur. Türkmənistan “Kəpəz” yatağını özününkü sayır və “Sərdar” adlandırır. Əslində bu mübahisənin də həlli yolu var. Azərbaycan və Türkmənistan Xəzərdəki bu yatağı birgə işlədə bilər”.

Politoloq vurğulayıb ki, Türkmənistanın öz yüklərini Azərbaycan üzərindən Türkiyəyə və Avropaya çatdırması üçün lazımi infrastruktur var:

“Azərbaycanın və Türkmənistanın Xəzərdə müasir dəniz limanları mövcuddur. Türkmənistan öz mallarını Azərbaycanın Ələt limanına və oradan da Bakı-Tiflis-Qars dəmiryolu ilə Avropa ölkələrinə çatdıra bilər. Hər iki dövlət yük daşımaçılığının artırılması üçün hətta vergi rüsumlarını azaltmağa da hazırdır. Digər tərəfdən İlham Əliyevin Türkmənistana səfərinin yekunu olaraq Türkmənistana səfərin dövlətlərarası çərçivədən çıxıb, ən azı mühüm regional əhəmiyyətə malik olması ilə bağlı açıqlaması xüsusi diqqətçəkən məqam idi. Yəni İlham Əliyev burada Azərbaycanla Türkmənistanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizinə çevrilə biləcəyi mesajını verib. Ortada niyyət var, indi əsas məsələni bu niyyəti reallaşdırmaqdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21-22 noyabr tarixlərində Türkmənistanda rəsmi səfərdə olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR