Slimfit
  1. SİYASƏT

Bakıda Türk Şurası XİN başçılarının görüşü başlayıb

Bakıda Türk Şurası XİN başçılarının görüşü başlayıb
Sakura

Bakıda Türk Şurası XİN başçılarının görüşü başlayıb

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb. 

"Report" xəbər verir ki, toplantıda Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu, Qazaxıstanın XİN başçısı Muxtar Tleuberdi və Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov iştirak edir. 

Türk Şurasına üzv olmaq haqqında qərar qəbul edən Özbəkistanın xarici işlər naziri Əbduləziz Kamilov da iclasda iştirak edir.  

Nazirlərin bu görüşü oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci sammitinə hazırlıq xarakteri daşıyır. 

Qeyd edək ki, Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Bakıda Özbəkistanın təşkilata daxil olması, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərarların qəbul edilməsi gözlənilir.

Sammit çərçivəsində TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası kimi qurumların fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən Türk Şurasının Koordinasiya Komitəsinin yaradılması barədə də qərar qəbul ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR