Slimfit
  1. İQTİSADİYYAT

Bakıda keçirilən gömrük biznes-forumu çərçivəsində Rəqəmsal Gömrük Dəyəri Sistemi və digər platformalar təqdim olunub

Bakıda keçirilən gömrük biznes-forumu çərçivəsində Rəqəmsal Gömrük Dəyəri Sistemi və digər platformalar təqdim olunub
Sakura

Bakıda keçirilən gömrük biznes-forumu çərçivəsində Rəqəmsal Gömrük Dəyəri Sistemi və digər platformalar təqdim olunub

“Rəqəmsal Gömrük Dəyəri Sistemi” gömrük rəsmiləşdirilməsi proseslərinin şəffaflığını təmin etmək, fiskal və nəzarət tədbirlərini gücləndirmək, obyektiv və ölçülə bilən göstəricilər əsasında dəyərin müəyyən edilməsini həyata keçirmək kimi üstünlüklərə malikdir.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları Maya Quliyeva və Həmid Həmzəyev Bakıda keçirilən gömrük biznes-forumunda deyib.

 Qeyd olunub ki, “Rəqəmsal Gömrük Dəyəri Sistemi” gömrük rəsmiləşdirilməsi proseslərinin şəffaflığını təmin edir, fiskal və nəzarət tədbirlərini rəqəmsallaşdırılmış göstəricilər vasitəsilə gücləndirir və gömrük dəyərinin obyektiv, ölçülə bilən məlumatlar əsasında müəyyən olunmasına imkan yaradır. Bundan başqa, sistem, rəsmiləşdirmə tələbləri ilə sahibkarların maraqları arasında balans yaratmaq məqsədi daşıyır.

Bildirilib ki, “Rəqəmsal Sistem” platformasının əsas məqsədi beynəlxalq tanınmış standartlara uyğun olaraq gömrük dəyərinin müəyyən edilməsi prosesini rəqəmsallaşdırmaqdır. “Rəqəmsal Dəyər” platformasının əsas amilləri məlumatların keyfiyyətinin artırılması, çərçivə standartlarının yaradılması, dəyərin qiymətləndirilməsi və müəyyən edilməsi metodlarının rəqəmsallaşdırılması, habelə müasir kommersiya şərtlərinin terminologiya və məzmun baxımından genişləndirilməsidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR