Slimfit
  1. HƏRB

Çağırışçılarla bağlı mühüm: bu yaş həddi 21-ə endirilir

Çağırışçılarla bağlı mühüm: bu yaş həddi 21-ə endirilir
Sakura

Çağırışçılarla bağlı mühüm: bu yaş həddi 21-ə endirilir

Orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara möhlət veriləcək yaş həddi dəyişir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 22 yaşınadək bir dəfə möhlət verilir. Layihəyə əsasən, bu yaş həddi 21-ə endirilir. Başqa sözlə, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 21 yaşınadək bir dəfə möhlət veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR