Slimfit
  1. CƏMİYYƏT

Bakıda ilk olaraq Çinin nominasiyası qəbul edildi

Bakıda ilk olaraq Çinin nominasiyası qəbul edildi
Sakura

Bakıda ilk olaraq Çinin nominasiyası qəbul edildi

UNESKO Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sesiyasında növbəti iş günü Dünya İrsi Siyahısına yeni nominasiyaların irəli sürülməsinə dair müzakirələrlə başlayıb.

Axar.az xəbər verir ki, Dünya İrs Komitəsi tərəfindən Dünya İrs Siyahısına 35 yeni nümunənin daxil edilməsi təklif olunur. Bunlardan 28-i mədəni, 5-i təbii, 2-si qarışıq (mədəni və təbii irs) irsdir. Bu təbii və mədəni irsin 15-i Avropaya, 13-ü Asiyaya, 4-ü Amerikaya, 2-si Avstraliyaya, 1-i Afrikaya məxsusdur.

Müzakirələr zamanı çıxış edən Tunis nümayəndəsi dünya irsinin qorunması sahəsində dövlətlərin həm kollektiv, həm də fərdi qaydada məsuliyyət daşıdığını bildirib: “1972-ci ildə Dünya İrs Konvensiyası qəbul edilib. Bu, dünya irsinin qorunmasına yönəlmiş bir sənəddir”.

Koreya nümayəndə heyəti Dünya İrs Komitəsinin nominasiya prosesinə dəyişiklik edilməklə bağlı təklifi dəstəklədiyini bildirib: “Biz yeni meyarlar işlənib hazırlanmasını gözləyirik”

Finlandiya nümayəndəsi deyib ki, nominasiya prosesində mənfi nəticələrin aradan qaldırılması üçün tədbirlər görülməlidir: “Bu baxımdan biz Meksikanın komitə daxilində etimadın möhkəmləndirlməsi istiqamətində səylərini alqışlayırıq”.

Anqola nümayəndəsi Dünya İrs Siyahısına nominasiyaların irəli sürülməsi prosesində Afrikanın geridə qaldığını bildirib. O qeyd edib ki, bu yaxınlarda qitədə baş vermiş münaqişəli sahələrlə bağlı addımların atılması nominasiya prosesinə müsbət təsir göstərəcək.

Sloveniya nümayəndəsi xüsusi bəyanatla çıxış edib. O qeyd edib ki, nominasiya prosesinin həyata keçirilməsi üçün formal proses çoxdan başlayıb. Ancaq bu işdə mürəkkəblik daha da artır:

“Nominasiya prosesində narahatlıq meydana çıxır və etimadsızlıq məsələləri yaranır. Burada elmi prinsiplərə əsasalanan bir proses getməlidir. Etimad əsas məsələ olmalıdır. Bu, Dünya İrs Konvensiyasının gələcəyi üçün vacibdir”.

Dünya İrs Komitəsinin sədri Mextild Rossler müzakirələr zamanı səsləndirilən sualları cavablandırıb. O, bu günədək 193 ölkənin konvensiyaya qoşulduğunu bildirib.

 

Daha sonra nominasiyaların irəli sürülməsi başlayıb. Nominasiyaları UNESKO Dünya İrs Komitəsinin Katibliyi irəli sürüb. Bildirilib ki, nominasiyaların irəli sürülməsi prosesində bir sıra ölkələr – ümumilikdə 8 nominasiya geri götürülüb. Belə ki, Fransa, İtaliya, Monako Alp dağları ilə bağlı nominasiyanı geri götürmək qərarına gəlib. Sonda 35 nominasiya nümunəsinin irəli sürülməsi qərarlaşdıırlıb.

Sessiyanın keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev komitənin qərarlarının obyektiv və elmi dəlillərə əsasalandığını bildirib: “Bu istiqamətdə əhatəli və ardıcıl prosedurlar həyata keçirilib”.

Ə.Qarayev ilk olaraq təbii, sonra qarışıq, daha sonra isə mədəni abidələrin təqdimatının olacağını bildirb. Nazir təqdimat prosesi zamanı ICOMOS-u və Beynəxalq İttifaqı müxtəsər davranmağa çağırıb.

İlk olaraq Çinin “Sarı dənizdən Bohay körfəzinin sahilərinə quşların miqrasiyası” nominasiyası nəzərdən keçirilib.

Avstraliya, İndoneziya, Tanzaniya nominasiyanın əleyhinə çıxış edib.

18 ölkə, o cümlədən Azərbaycan qərar layihəsini dəstəkləyib.

Müzakirələrdən sonra Çinin “Sarı dənizdən Bohay körfəzinin sahillərinə quşların miqrasiyası” nominasiyası Dünya İrs Siyahısına daxil edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR