Slimfit
  1. AZƏRBAYCAN

Bakıda ekzotik bitkilər yetişdirilib

Bakıda ekzotik bitkilər yetişdirilib
Sakura

Bakıda ekzotik bitkilər yetişdirilib

Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Abşeron şəraitində banan, avokado, manqo və Havana papayasının yetişdirilməsinin mümkünlüyü müəyyən edilib.

Xezerxeber.az-ın məlumatına görə, bu ekzotik bitkilər ilk dəfə Bakıda Dendrologiya İnstitutunda yetişdirilib.

Aparılan tədqiqatlar nəticəsində bu bitkilərin Abşeron iqliminə uyğun növləri qapalı şəraitdə çoxaldılıb.

İnstitutun direktoru Tofiq Məmmədov deyir ki, bu bitkiləri Abşeronda park və bağların yaşıllaşdırılmasında istifadə etmək olacaq.

Tədqiqat dövründə yetişdirilmiş banan meyvə verib, Havana papayası, Hindistan manqosu və Amerika avokadosu isə hazırda çiçəklənmə mərhələsindədir.

Hazırda bu bitkilərin çoxaldılması üzərində tədqiatlar davam edir. Tədricən onların yerli şəraitdə becərilməsi mümkün ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR