Bakıda E-ticarət bacarıqlarına dair master-klas keçiriləcək
24-25 sentyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə keçirilən Bakı Elektron Ticarət Forumu çərçivəsində tanınmış beynəlxalq ekspertlər tərəfindən “E-ticarət bacarıqlarının inkişaf etdirilməsi” üzrə masterklas təşkil olunacaq.
AzNews.az xəbər verir ki, gənclərin və startapçıların böyük marağına səbəb olacaq seminarın əsas natiqi qismində “Grow Global” kitabının müəllifi kimi məşhurlaşan böyük britaniyalı Sarah Karrol çıxış edəcək. Master-klasda iştirak etmək üçün sentyabrın 21-i saat 16:00-dək Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsi ilə əlaqə saxlayaraq (info@bef2018.az, tel.: (012) 5391797) qeydiyyatdan keçmək tələb olunur. Bakı Elektron Ticarət Forumu elektron ticarət dünyasının cari il üzrə ən maraqlı beynəlxalq tədbirlərindəndir və bir çox yeniliklərlə yadda qalacaq. İki gün davam edəcək foruma 300-dən artıq yerli və xarici iştirakçının qatılıcağı gözlənilir. Tədbirdə beynəlxalq təşkilatlar, dövlət qurumları, kiçik və orta sahibkarlar, startaplar, icitmai təşkilatlar və investorlar təmsil olunacaq.
Qeyd edək ki, forum iştirakçıları elektron ticarət sahəsində zəngin təcrübəyə malik olan tanınmış spikerləri dinləmək, e-ticarət ilə bağlı təsəvvürü və bilik dairəsini genişləndirmək, habelə praktiki vərdişlərə yiyələnmək imkanı qazanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət