Slimfit
  1. AZƏRBAYCAN

Bakıda bəzi piyada zolaqları normal vəziyyətdə deyil

Bakıda bəzi piyada zolaqları normal vəziyyətdə deyil
Sakura

Bakıda bəzi piyada zolaqları normal vəziyyətdə deyil

Bakının yollarında piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş zolaqların heç də hamısı normal vəziyyətdə deyil. 

"Report"un paytaxtda apardığı monitorinq nəticəsində məlum olub ki, Riçard Zorge, 28 may, Dilarə Əliyeva, Tələt Şıxaliyev və Nizami küçələrində, eləcə də Xətai prospekti və Tələt Şıxalıyev küçələrinin, Əhməd bəy Ağaoğlu və Təbriz küçələrinin kəsişməsində yerləşən piyada zolaqları tam və yaxud qismən silinib. 

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov "Report"a açıqlamasında mövcud vəziyyətin narahatlıq doğurduğunu deyib: "Piyada zolaqları yol hərəkətinin təşkili vasitələrindən biridir, görünməli, standarta uyğun olmalıdır. Onların silinməsi piyadaların və sürücülərin səhv etməsinə gətirib çıxara bilər. Odur ki, aidiyyəti qurumlar zolaqların keyfiyyətli çəkilməsinə nəzarət etməlidir. Zolaqlar vaxtında və yaxşı çəkilməyəndə ya yağış suyu onları yuyub aparır, ya da təkər altında qalaraq qopur". 

Problemlə bağlı "Report"a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki,paytaxtda piyada zolaqları standartlara uyğun çəkilir, onların yenilənməsi ilə bağlı isə hər hansı interval yoxdur: "Bu, yolda hərəkətin intensivliyindən aslıdır. Yolla daha çox nəqliyyat vasitələri hərəkət edirsə, silinmələr daha tez baş verir. Adları çəkilən küçələrə baxış keçiriləcək. Narahatlıq doğuran məqam varsa, aradan qaldırılacaq. Ümumiyyətlə isə, yollara mütamadi baxış keçirilir, xətlər yaxşı görünmürsə, yenidən çəkilir". 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR