Dərc edildi: Baxış sayı: 458
Bakıda 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək
Bakının Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.
"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, dəyişiklik aşağıdakı kimi olacaq:
3 nömrəli marşrut:
Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.
31 nömrəli marşrut:
“İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.
Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət