Slimfit
  1. AZƏRBAYCAN

Bakı metrosu koronavirus təhlükəsinə hazırdır? - Rəsmi açıqlama

Bakı metrosu koronavirus təhlükəsinə hazırdır? - Rəsmi açıqlama
Sakura

Bakı metrosu koronavirus təhlükəsinə hazırdır? - Rəsmi açıqlama

Zərurət yaranacağı təqdirdə qeyd etdiyiniz “2019-nCoV” koronavirusla əlaqədar səlahiyyətli qurumların təlimat göstərişlərinə uyğun olaraq, bütün müvafiq tədbirlərin görülməsi, profilaktik işlərin həyata keçirilməsi istisna edilmir.

Bu barədə “Bakı Metropoliteni” QSC Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Bildirilib ki, “Bakı Metropoliten”i şəhərdaxili ictimai sərnişindaşıma nəqliyyatıdır və beynəlxalq daşımalarla məşğul deyil. Lakin zərurət yaranacağı təqdirdə qeyd etdiyiniz “2019-nCoV” koronavirusla əlaqədar səlahiyyətli qurumların təlimat göstərişlərinə uyğun olaraq, bütün müvafiq tədbirlərin görülməsi, profilaktik işlərin həyata keçirilməsi istisna edilmir.

Eyni zamanda qeyd olunub ki, “Bakı Metropoliteni” QSC-də mövcud vəziyyətin nəzarət altında saxlanılması, işçi personalının maarifləndirilməsi ilə bağlı aidiyyatı struktur vahidlərinə müvafiq tapşırıqlar verilib.

Məlumat üçün bildirmək istərdik ki, Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə əməl olunmasına xüsusi diqqət yetirilir. Paytaxtın ən mühüm ictimai sərnişindaşıma nəqliyyatı növlərindən biri kimi, əsasən, yeraltı tunellərdən ibarət olması nəzərə alınaraq, Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə uyğun planlaşdırılmış dezinfeksiya işlərinin və digər müvafiq tədbirlərin aparılmasına da ciddi riayət olunur.

Ümumən, “Bakı Metropoliteni” QSC-nin obyektlərində, o cümlədən stansiyalarda, tunellərdə, elektrik deposunda və qatarlarda, habelə iş yerlərində lazım olan bütün profilaktik sanitariya tədbirləri müntəzəm yerinə yetirilir. Bundan savayı, görülən işlərə nəzarət olunur, daimi monitorinqlər aparılır, zərurətdən asılı olaraq, digər profilaktik tədbirlər həyata keçirilir.

Fürsətdən istifadə edərək, “Bakı Metropoliteni” QSC sizin vasitənizlə sərnişinlərə bir daha müraciət edərək, metropolitendə sanitar-gigiyenik normaların tələblərinə əməl etmələrinə, stansiya və qatarlarda təmizliyə riayət olunmasına, ələlxüsus qida və yeyinti məhsullarının, xüsusən saqqız və s. bu kimi fəal və dayanıqlı virus daşıyıcılarının döşəmələrə atılmamasına, divarlara, qapılara, şüşə çərçivələrinə, oturacaqlara, tutacaqlara yapışdırılmamasına və digər belə hallara yol verilməməsinə diqqətli olmağı tövsiyə edir.

Çünki sanitar-gigiyenik normalara əməl olunması hər bir sərnişinin sağlamlığının təməli kimi xəstəliklərin yayılmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi, həmçinin, metropolitendə təmizliyin qorunması baxımından vacibdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR