Slimfit
  1. İDMAN

Bakı-2019: Millimiz medal sıralamasında 2-cidir

Bakı-2019: Millimiz medal sıralamasında 2-cidir
Sakura

Bakı-2019: Millimiz medal sıralamasında 2-cidir

“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında altıgünlük idman mübarizəsinin yekununda 37 ölkənin təmsilçiləri medal qazanıblar.

Axar.az xəbər verir ki, altı günün nəticələrinə əsasən siyahıya aktivində 58 (25 qızıl, 14 gümüş və 19 bürünc) medal olan Rusiya komandası başçılıq edir.

Festivalda uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci pillədə qərarlaşıb. Yığma komandamızın aktivində 10-u qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla ümumilikdə 23 medal var. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular komandamızın aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.

Festivalda medal siyahısında üçüncü pillədə 10 qızıl, 5 gümüş və 9 bürünc medal qazanan Türkiyə yığma komandası qərarlaşıb. Böyük Britaniya 22 (8-12-2) medalla dördüncüdür. Britaniya yığması ilə eyni sayda medal qazanan İtaliya (7-9-6) beşinci, Ukrayna (6-6-10) altıncı yerdə qərarlaşıblar. İlk onluqda digər pillələrdə Polşa (5-2-6), Belarus (5-1-6), Rumıniya (4-5-3) və Fransa (3-7-12) komandaları yer alıblar.

Festivala iyulun 27-də yekun vurulacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR