Slimfit
  1. MARAQLI

Badkirlər – qədim dünyada dəhşətli istilərdən necə qorunurdular?

Badkirlər – qədim dünyada dəhşətli istilərdən necə qorunurdular?
Sakura

Badkirlər – qədim dünyada dəhşətli istilərdən necə qorunurdular?

Biz hazırki dövrdə  istidən əziyyət çəkirik, ancaq kondisioner və ventilyatorların hesabına yaşayırıq. Lakin artıq beş min ildir elə bir qurğu mövcuddur ki, hətta səhrada belə həyatı dözümlü edir, suyu donma səviyyəsinə çatdıracaq qədər effektivdir. Badkirlər – səhradakı evləri sərinləşdirən fars külək yaxalayandır. Onlar həmçinin ekzotik estetikadan və kobud gözəllikdən məhrum olmayıb.

Heç kim badkirlərin yaranma tarixini bilmir, lakin İranın özündə onu iki min ildən artıqdır ki, inşa edirlər. Oxşar konstruksiyalar həmçinin misirlilərdə də olub və “məlkəf” adlanırdı.

Badkirlər nəhəng kamin üçün quraşdırılan massiv borular kimi görünür. Onlar binaya zirzəmidən başlayaraq yaşayış evlərinin içərisindən keçməklə və binanın yuxarısına qədər quraşdırılır. Badkirlər kamindəki effektin hesabına işləyir, sadəcə sistem bütövlükdə mürəkkəbdir və müxtəlif variantları var.

Onları külək yaxalayanlar adlandırırlar. Badkirlərin əsas işləmə prinsipi yüksəklikdən küləyi yaxalamaq və təzyiqdəki fərq hesabına onu aşağı yönləndirməkdir.

Bununla yanaşı badkirlər – sadəcə çıxıntı deyil. Ölçüsü və binanın ən mərkəzində yerləşməsi hesabına onlar səthi daim sərinləşdirir. Divarın istiliyi küləyə ötürülür və çölə çıxarılır.

Bu qurğular  eyni zamanda ventilyator və bütün bina üçün radiator rolunu oynayır. Onlar çox effektivdir: İranın səhra rayonlarında hələ də inşa edilir – kondisionerlər burada istinin öhdəsindən gəlmir.

Evi sərin etməkdən başqa badkirlər yeraltı kanalların və su anbarlarının sərinləşdirilməsi üçün də istifadə olunur. Bu halda effektivlik o qədər yüksək olur ki, anbardakı su donma səviyyəsinə qədər sərinləyirdi – o səhranın ortasında buz kimi idi.

Badkirlər – dövlət dininin islam deyil, zərdüştlük olduğu vaxtlardan qədim İranın irsidir. Buna görə də təəccüblü deyil ki, belə konstruksiyaların çox hissəsi Yəzd şəhərində - müasir İranın bir neçə zərdüştlük şəhərlərindən birində saxlanılıb.

Külək yaxalayanlar müxtəlif formalarda olur və hər bir arxitektor ona unikal görünüş vermək üçün cəhd edirdi. Adətən onların forması qəribə olur.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR