Slimfit
  1. İQTİSADİYYAT

Avstraliya iqlim dəyişikliyindən yaranan İtki Və Zərərə Cavab Fonduna vəsait ayıracaq - Nazir

Avstraliya iqlim dəyişikliyindən yaranan İtki Və Zərərə Cavab Fonduna vəsait ayıracaq - Nazir
Sakura

Avstraliya iqlim dəyişikliyindən yaranan İtki Və Zərərə Cavab Fonduna vəsait ayıracaq - Nazir

Avstraliya iqlim dəyişikliyindən yaranan İtki Və Zərərə Cavab Fonduna 50 milyon ABŞ dolları məbləğində yeni töhfə ilə altıncı ən böyük donor olacaq.

Ens.az Trend -ə istinadən xəbər verir ki,  bunu Avstraliyanın iqlim dəyişikliyi və enerji naziri Kris Bouen Bakıda keçirilən COP29 sammitində milli bəyanatla çıxışı zamanı bildirib.

"Bu vəsaitlər ən çox zərər çəkmiş icmaların bərpa olunmasına və daha dayanıqlı infrastrukturun qurulmasına yönəldiləcək", - deyə o qeyd edib.

Nazir vurğulayıb ki, bu qərar Avstraliyanın Sakit okean ölkələrində yerli təşəbbüsləri dəstəkləyən Sakit okean Dayanıqlılıq Fondu üçün daha əvvəl elan edilmiş 100 milyon ABŞ dolları məbləğində töhfəsini tamamlayır.

Bundan əlavə, Kris Bouen bildirib ki, Avstraliya öz enerji sistemini transformasiya etmək üçün fəal şəkildə investisiyalar həyata keçirir və 2030-cu ilə qədər 82 faiz bərpa olunan enerji hədəfinə nail olmağı planlaşdırır.

"Bizim enerji potensialına yatırılan investisiya proqramımız 32 GVt külək, günəş enerjisi və enerji saxlama layihələrinin həyata keçirilməsinə imkan verəcək", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Avstraliya 2020-2025-ci illər üçün iqlim maliyyələşdirilməsi üzrə öhdəliklərini gücləndirir və bu dövrdə 3 milyard ABŞ dolları ayırmağı planlaşdırır.

 "Biz inanırıq ki, iqlim tədbirləri hər səviyyədə - ailə büdcəsindən tutmuş milli iqtisadiyyata qədər - faydalıdır", - deyə nazir əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

 

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR